2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Daha 4 nəfərin adı “siyasi məhbus” sıyahısına əlavə edilib

İyunun 6-da Siyasi Məhbusları Müdafiə Mərkəzinin iclasında 161 nəfərlik “siyasi məhbus” siyahısına daha dörd nəfərin adının daxil edilməsi qərara alınıb:

1. Gözəl Bayramlı- AXCP sədrinin müavini

Saytların yığılması Saytlarin yigilmasi

2. Əfqan Muxtarlı- araşdırmaçı jurnalist

3. Əziz Orucov- Kanal 13 TV-nin redaktoru

4. Natiq Şahbazov- Nardaran sakini

Beləliklə, hazırda Mərkəzin siyahısında 165 nəfər “siyasi məhbus”un adı var.

Toplantıda siyasi məhbusların durumu, onlarla bağlı keçirilən məhkəmə proseslərində yol verilən qanun pozuntuları, repressiyalar, son həbslər, Gürcüstandakı azərbaycanlı siyasi mühacirlərlə bağlı son durum və mərkəzin atacağı addımlar müzakirə olunub.

İştirakçılar əsasən AXCP sədrinin müavini Gözəl Bayramlı, araşdırmaçı jurnalist Əfqan Muxtarlı və Kanal 13 İnternet televiziyasının redaktoru Əziz Orucovun həbsi ilə bağlı fikir mübadiləsi aparıb. Gürcüstanda fəaliyyət göstərən Lanset klinikasının həmtəsisçisi Fərman Ceyranlının həbsindən narahatlıq ifadə olunub.

“Gürcüstan işi: həbslər, repressiyalar və qarşıda duran vəzifələr” mövzusunda araşdırma-hesabat hazırlanması qərara alınıb.

Bloger Mehman Qələndərov təcridxanada dünyasını dəyişdiyi üçün onun adı siyasi məhbus siyahısından çıxarılıb. Onun 40 mərasiminin keçirilməsi qərara alınıb.

Rəsmi Bakı ölkədə “siyasi məhbus”un olmadığını bildirir. Hökumət və dövlət rəhbərləri Azərbaycanda insanların qanun qarçısında bərabər olduğunu və yalnız hərəkətlərə hüquqi qiymət vüerildiyini bildirir.

Bununla yanaşı, Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilartı Azərbaycanda azı 15 nəfəri “vicdan məhbus”u elan edib. Avropa İnsan Hüquqları Məhkəməsinin də bir neçə qərarında qanunsuz həbslər, ədalətsiz məhkəmə araşdrımalarından danışılır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button