2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Daha bir əsgərin həlak olduğu bildirilir

”Onun hansı şəraitdə həlak olduğunu bilmirəm”

Saytların yığılması Saytlarin yigilmasi

Tərtərin “N” saylı hərbi hissəsinin əsgəri, Sabirabad rayonu, Kürkəndi kəndinin sakini Zeynal Cəfərqulu oğlu Ələkbərovun həlak olduğu bildirilir.

Məlumatı Meydan TV-yə kənd sakinləri verib. Onlar 

1998-ci il doğumlu Zeynal Ələkbərovun xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğunu deyiblər. 

Meydan TV xəbərin doğruluğunu yoxlamaq üçün Sabirabad rayonu Kürkəndi kəndinin icra nümayəndəsi Zülfəli Musayevlə əlaqə saxlayıb. Zülfəli Musayev məlumatı təsdiqləyib. O, əsgərin dünən, aprelin 30-da dəfn edildiyini deyib: 

“Onun hansı şəraitdə həlak olduğunu bilmirəm. Xidməti borcunu yerinə yetirərkən, hərbi hissədə olduğunu dedilər. Şəhidlik verilib-verilməyəcəyindən xəbərsizəm. Hərbçilər gətirmişdilər, xidməti avtomobildə”. 

Zülfəli Musayev Cəfərqulu Ələkbərovun hərbi xidmətə yanvarda çağrıldığını da söylədi. 

Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button