Now Reading:
Daha bir bank çökdü – Əməliyyatlar dayandırılıb

Azərbaycanda daha bir bank əmanət qəbulunu və kredit verilməsini dayandırıb.

az24saat.org FED.az-a istinadən xəbər verir ki, bu hazırda Azərbaycanda ən pis kapital göstəricisinə sahib olan “Dəmirbank”dır. Xəbərə görə, bank artıq 5 aydır ki, əmanət qəbul etmir. Bir ay əvvəl isə kredit verməyi də dayandırıb. Başqa sözlə, artıq bir aydır ki, bank öz fəaliyyəti ilə bağlı əsas əməliyyatları dayandırsa da, indiyədək bu vəziyyəti ictimaiyyətdən gizli saxlaya bilib.

“Dəmirbank”ın özündən bankın “oflayn” rejimə keçməsini təsdiqləsələr də, səbəblərini izah etməkdə çətinlik çəkiblər. Bankın nümaynədəsi Tofiq Ağayev sayta əmanət qəbulunun və kreditlərin hansı səbəbən dayanmasını izah etməyib. Bunun bank rəhbərinin göstərişi ilə edildiyini qeyd edib.

Bununla yanaşı, qeyd edək ki, vaxtilə bank sisteminin aktiv iştirakçılarından olan “Dəmirbank” hazırda çox çətin durumdadır. Bankın maliyyə göstəriciləri ürəkaçan deyil.

Bank, 2017-ci ilin üçüncü rübünü 20,4 milyon manat zərərlə başa vurub. Bu göstərici ilə ən böyük zərər edən 3 bankın sırasındadır.

Kapitalın həcminə gəlincə, “Dəmirbank” ölkə üzrə ən pis göstəriciyə malikdir. Hazırda bankın nizamnamə kapitalı nəzərdə tutulan tələbdən 2 qat azdır -50 milyon manat əvəzinə, cəmi 25,57 milyon manat.

Bankda əmanətlərin qəbulu və kreditlərin dayandırılmasının səbəblərini açıqlamasalar da, adətən belə hallarda banklara nəzarətedici qurum mümkün riskləri azaltmaq üçün belə göstərəcilərə malik olan banklara əmanət qəbulunu qadağan edir.

Şübhə doğurmur ki, bank tezliklə kapital çatışmazlığı problemini həll etməlidir. Əks halda ya fəaliyyətini dayandırmalı, ya da başqa bank tərəfindən “udulmalıdır”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.