2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Daha bir dindar fəal yoxa çıxıb

Nardaran hadisələri ilə bağlı məhkəmə proseslərinin daha bir aktiv iştirakçısı, dindar fəal Bəhruz Quliyev də yoxa çıxıb. Bu haqda AzadlıqRadiosuna onun yaxınları məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilir ki, B.Quliyev sentyabrın 21-də Nizami rayonu ərazisində işlədiyi ticarət mərkəzindən çıxarkən dörd nəfər mülkigeyimli tərəfindən saxlanılıb. Ticarət mərkəzində çalışanlar onun ailə üzvlərinə deyib ki, həmin şəxslər Bəhruzu məcburi şəkildə «Mercedes» markalı avtomobilə mindirib aparıblar.

Yaxınlarının sözlərinə görə, B.Quliyevin yerini müəyyənləşdirməkdən ötrü sentyabrın 21-də gün ərzində müxtəlif dövlət orqanları ilə əlaqə saxlasalar da, nəticəsi olmayıb.

Başqa bir dindar fəal – Əhsən Nuruzadədən də sentyabrın 19-dan heç bir xəbər yoxdur. O, həmin gün günorta saatlarında ev geyimində mağazaya getmək adı ilə çıxıb və ailə üzvlərinin bildirdiyinə görə, hələ də ondan heç bir xəbər yoxdur. Ə.Nuruzadənin də evlərinin yaxınlığında 3-4 nəfər mülkigeyimli tərəfindən saxlanılaraq, qara maşına mindirilib aparıldığı bildirilir. Daxili İşlər Nazirliyinin «102» xidmətindən tutmuş, Ombudsman Aparatı, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinə qədər bir çox qurumlara məlumat verilməsinə baxmayaraq, Ə.Nuruzadənin yerini müəyyənləşdirmək mümkün olmayıb.

Ə.Nuruzadə 2017-ci il yanvarın 24-də də evinin yaxınlığında mülki geyimlilər tərəfindən naməlum istiqamətdə aparılmış və ondan bir həftə heç bir xəbər çıxmamışdı. Yalnız yanvarın 30-da onun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı bəlli olmuşdu. Bir həftədən sonra vəkilinə onun yeri haqda məlumat verilərək bildirilmişdi ki, Nuruzadə polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 10 sutka inzibati həbs cəzası alıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button