2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Daha bir doğuş faciəsi: ana və körpəsi öldü

Ağcabədi rayonunda doğuş zamanı baş verən ana və körpə ölümünün ilkin səbəbi məlum olub.

Ağcabədi Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, Qaraşova Təzəgül Əliş qızının ölümünə preeklampsiya və böyrək çatışmazlığı səbəb olub.

Xəstəxanaya çatdırılan 32 yaşlı qadın qeysəriyyə əməliyyatı ilə 2, 100 qram çəkidə qız uşağı dünyaya gətirib. T. Qaraşova əməliyyatdan sonra vəfat edib. 9 aylıq hamiləlik dövrü tamamlanmadığı üçün doğulan körpənin Sabirabad rayon Perinatal Mərkəzinə aparılmasına qərar verilib. Körpə mərkəzə aparılarkən yolda ölüb.

Saytların yığılması Saytlarin yigilmasi

Ağcabədi MRX-dan onu da bildiriblər ki, bu, T.Qaraşovanın 3-cü hamiləliyi olub. Bundan əvvəl iki dəfə onun hamiləliyi vaxtından əvvəl başa çatdığı üçün körpələr ölüb. (apa)

***

Ağcabədi rayonunda doğuş zamanı ana və körpə ölümü baş verib.

Ağcabədi rayon Rəncbərlər kənd sakini, 1985-ci il təvəllüdlü Qaraşova Təzəgül Əliş qızı ötən gecə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Doğum Evinə daxil olub. Doğuş zamanı əvvəlcə ana, daha sonra dünyaya gətirdiyi körpə həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb. (apa)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button