Now Reading:
Daha bir fəal “yoxa çıxıb”

Müsəlman Birliyi Hərəkatının fəalı Rəvan İsmayılov yoxa çıxıb. Bu barədə hərəkatın üzvləri sosial şəbəkədə məlumat paylaşıblar.

Rakurs TV-nin məlumatına görə, bir müddətdir Rusiyada yaşayan Rəvan İsmayılov dünən gecə saatlarında Heydər Əliyev adına hava limanına çatıb. Bundan sonra ondan məlumat almaq mümkün olmayıb.

Hərəkat üzvləri Rəvan İsmayılovun oğurlana biləcəyini bildirirlər.

Rəvan İsmayılov sonuncu dəfə keçən il oktyabrın 4-də polis tərəfindən saxlanılıb. O, 535.1-ci (Polisin qanuni əmrinə tabesizlik) maddəni pozmaqda təqsirli bilinərək 30 sutka azadlıqdan məhrum edilib.

24saat.org

Mənbə – azadliq.info

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.