AZ24SAAT.ORG

Now Reading:
Daha bir meşə ərazisi qanunsuz məhv edilir – VİDEO

24saat.ORG saytı Azərbaycanda meşələrinin qanunsuz qırılmasına dair daha bir fakt əldə edib.

Təqdim etdiyimiz videogörüntü Ağdamın Soltanbud meşəliyi ərazisində lentə alınıb. Kadrlardan göründüyü kimi, meşəlik ərazisində nadir ağac növlərindən biri olan saqqız ağacları qətliama uğrayıb.

Məlumat üçün bildirək ki, saqqız ağacı püstə cinsinin Azərbaycanda yabanı halda yayılmış növü olub, üçüncü dövrün ən qiymətli relikt ağaclarından biridir. Oduncağından əldə olunan qətran yüksək texniki keyfiyyətlərə malikdir, aviasiya, elektronika və kimya sənayesində istifadə olunur. İstisna edilmir ki, nadir növ ağacların qırılmasının səbəbi məhz onun bu önəmli xüsusiyyətiylə bağlıdır.

Hesab edirik ki, məsələ Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən diqqətə alınacaq və qurumun görməzdən gəldiyi bu özbaşınalığa son qoyulacaq.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.