2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Daha bir milyarder Putini qəzəbləndirib

Rusiyada Vladimir Putin hakimiyyətə gələndən Rusiya kapitalizminin ilk onilliyində milyardlar qazanmış şəxslər bir-bir dənlənib: həbsə atılıblar, ölkədən qovulublar, sərvətlərindən əl çəkməyə, yaxud gəlirsiz layihələrdə iştiraka məcbur ediliblər.

İndi də növbə, deyəsən, Viktor Vekselberg-ə çatıb. Onun bəzi baş menecerlərinə hücum göstərir ki, Kremlə sadiqliyin davamlı nümayişi də işə yaramır. Bu barədə«Bloomberg»də Leonid Bershidsky yazır.

Saytların yığılması Saytlarin yigilmasi

«Hər şey 2000-ci il iyulun 28-dən başlanıb. Putin Rusiya biznesinin generalları ilə ilk rəsmi görüşünü keçirdi. Media maqnatı Vladimir Gusinsky görüşdə deyildi, həbsdəydi, Putin onun televiziya stansiyasını ələ keçirmək üzrəydi. Media orqanları da daxil olmaqla, müxtəlif aktivləri vasitəsilə Putin-in seçilməsinə kömək etmiş Boris Berezovsky də iclasda yoxuydu, Londondaydı. Bir neçə ay sonra heç qayıtmamağa qərar verəcəkdi, çünki həbs olunacaqdı. Az sonra neft şirkətini itirəcək və 10 il həbsdə yatacaq Mikhail Khodorkovsky isə iclasdaydı. Bankir Sergei Pugachev də ordaydı. Amma indi Fransadadır, Rusiyadakı holdinqləri əlindən çıxıb», – müəllif yazır.

SADİQLİK

«Vekselberg də iclasdaydı, bir sıra varlı rusiyalı ilə birlikdə o, Putin-in zamanında pis yaşamayıb, başını aşağı salıb, ödənişlərini edib. «Bloomberg»in milyarderlər siyahısında 14.2 milyard dollar sərvətinin olduğu göstərilən Vekselberg özünün bir patriot imicini yaradıb, Rusiyanın itirdiyi xəzinənin bir hissəsini ölkəyə qaytarıb. Məsələn, dünyada ən böyük «Fabergé» pasxa yumurtaları kolleksiyası, filosof Ivan Ilyin-in arxivi bu siyahıdadır. Putin də çıxışlarında Ilyin-dən tez-tez sitatlar gətirir. Dmitry Medvedev-in prezidentliyi dövründə isə onun sevimli layihəsi olan Skolkovo İnnovasiya Mərkəzini könüllü idarə edib. Qısası, hakimiyyətə sadiqliyini, bir an da olsun, əldən verməyib», – məqalədə vurğulanır.

Amma bazar ertəsi hökumətin istintaq komitəsi milyarderin iki yaxın həmkarını, Boris Vainzikher və Yevgeny Olkhovik-i saxlayıb, üçüncü, Mikhail Slobodin isə axtarılır. Slobodin Rusiyanın 3 böyük mobil operatorundan biri – «VimpelCom»un direktoru, Vekselberg şirkətinin idarə heyətinin üzvüdür. O, xaricdə olduğundan saxlanmayıb. İndi Rusiyaya qayıdacağı bəlli deyil, amma həbslər barədə xəbər yayılan kimi «VimpelCom»dan istefa verib.

KORRUPSİYA MEXANİZMİ

Olkhovik Vekselberg-in «Renova» holdinqinin direktoru idi. Vainzikher isə «T Plus» şirkətini idarə edirdi, bu şirkət Rusiya enerji istehsalının 7 faizinə nəzarət edir.

Müəllif bu ittihamların Putin-in birbaşa qəzəbindən doğduğunu vurğulayır. Avqustun 8-də şimaldakı Komi regionunun qubernatoru Sergei Gaplikov Putin-ə məktub yazıb, şikayətlənib ki, Vorkuta şəhərindəki istilik zavodu sərmayəsizlik üzündən sıradan çıxmaqdadır. 80 min nəfəri istiliklə təmin edən bu şirkətin sahibi «T Plus» onu satmağı planlaşdırır, çünki şəhərin istilikpaylayıcı şəbəkəsi bir neçə aydır ödənişləri etmir. Məktubda bu şəbəkənin bir ofşor-şirkətlə bağlı olduğu vurğulanırdı.

Putin buna dərhal reaksiya verib. Elə Kominin keçmiş qubernatoru Vyacheslav Gaizer bir il öncə saxlanmışdı. O, regionda korrupsioner təşkilat qurmaqda ittiham olunur. Dərhal araşdırma aparılıb və şirkətin 3 meneceri Gaizer administrasiyasına rüşvət verməklə yüksək istilik tarifləri qoymaqda ittiham olunub.

KREMLİN GİROVU

Müəllif yazır ki, buaykı parlament seçkiləri öncəsi Komi korrupsiya qalmaqalı hakim Vahid Rusiya Partiyasının dəyirmanına su tökəcək. Axı sıravi rusiyalılardan çox az adam böyük biznesin ölkədə müsbət dəyişiklik yaratmasına inanır.

«Vekselberg-in də narahat olunası çox şey var. Yaxın dostlarının həbsi, baş ofisində araşdırmalar Kremlin ondan dəyərli nəsə istədiyinin göstəricisidir. Tezliklə üzə çıxa bilər ki, «T Plus» aktivləri hansısa dövlət şirkətinə, yaxud Putin-in milyarder dostlarından birinə faydalı ola bilər. Ondan nə istənildiyini tez anlayan milyarder sərvətini qoruya bilir. Məsələn, «Brooklyn Nets»in sahibi Mikhail Prokhorov-un ofisində bir neçə dəfə axtarış aparıldı. Sonucda anladı ki, RBC media şirkəti Putin-in ailə biznesini araşdırıb. İşə yeni redaktorlar götürdü və təqiblər də dayandı. Həmkarları kimi Vekselberg də Kremlin girovudur, onun sərvəti istənilən formada yenidən bölüşdürülə bilər. O səbəbdən də Putin-in korrupsiyaya baxışı ikiüzlüdür», – müəllif yazır.

(azadliq.org)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button