2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Daha bir müəllim siyasi baxışına görə işdən çıxarıldığını deyir

”Məni ”Facebook” statuslarıma görə hədəfə alıblar”

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Masallıdan olan Ali Məclis üzvü Laçın Mirəsgərli və həyat yoldaşı işdən çıxarılıb.

Bu barədə Meydan TV-yə danışan Laçın Mirəsgərli başlarına gələnin siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib: 

“Mən Çaxırlı kənd məktəbində müəllim, həyat yoldaşım isə kənd tibb məntəqəsində çalışırdıq. Mayın 2-də məni rayon Təhsil Şöbəsinin əmriylə Əmək Məcəlləsinin 70-ci bəndinin tələblərini pozmaqda ittiham edib, müəllimlikdən uzaqlaşdırdılar”.

L.Mirəsgərli deyir ki, o, 31 ildir Çaxırlı kənd məktəbində çalışırmış və bir dəfə olsun əmək intizamını pozmayıb: 

“Güman edirəm ki, məni “Facebook” statuslarıma görə hədəfə alıblar. Bundan əlavə, 25 ildir AXCP Ali Məclisinin üzvüyəm. Xəbərdarlıqlar olsa da, işdən uzaqlaşdırılmağımı gözlənilməz saymıram”.

İşini itirən təkcə Laçın Mirəsgərli deyil, həyat yoldaşı da çalışdığı yerdən çıxarılıb. O, AXCP üzvü deyil, lakin ondan işinə davam etməsi üçün həyat yoldaşından boşanma şərti qoyulub: 

“Bir neçə gün əvvəl isə rayon səhiyyə şöbəsinin müdiri tibb məntəqəsinin müdirinə deyib ki, yuxarıdan göstəriş var, Laçın Mirəsgərlinin yoldaşı işdən çıxarılmalıdır. Məntəqə müdiri yoldaşımın ən yaxşı işçi olduğunu desə də, şöbə rəhbəri yalnız ərindən boşandığı halda işdə qalacağını söyləyib. Vəziyyət belə olub”.

Laçın Mirəsgərli məhkəməyə şikayət etməyəcəyini bildirir: “Çünki məhkəmələrə inanmıram”.

Məsələyə Masallı rayon Təhsil Şöbəsindən münasibət öyrənmək mümkün olmayıb. 

Laçın Mirəsgərli siyasi baxışına görə işdən azad olunduğunu deyən ilk müəllim deyil. Daha öncə Masallı rayonunun Elşən Ağayev adına Hişkədərə kənd orta məktəbinin keçmiş tarix müəllimi Cəlil İmanov da işdən çıxarılmışdı. C. İmanov Meydan TV-yə bunun sifarişli iş olduğunu söyləmişdi. 

AXCP Neftçala rayon şöbəsinin sədri Əflatun Əhmədli də işlədiyi Mayak kənd orta məktəbindən, xanımı isə 3 saylı orta məktəbdən çıxarılmışdı. Rayon təhsil şöbəsi bunu onların intizamı pozmaları ilə izah etmişdi.

Ə.Əhmədzadə isə Meydan TV-yə bunların bəhanə olduğunu, siyasi baxışları üzündən işdən çıxarıldıqlarını söyləmişdi.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button