2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Daha bir müharibə iştirakçısının intihar etdiyi bildirilir

Yayımlandı: 26 Sentyabr 2022 23:25

Firudin Firudinlinin hansı səbəbdən intihar etdiyi açıqlanmayıb

II Qarabağ müharibəsi iştirakçısı Firudin Ceyhun oğlu Firudinlinin intihar etdiyi deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Əslən Cəbrayıldan olan F.Firudinlinin sentyabrın 26-da özünü asdığı bildirilir.

Bu barədə onun döyüş yoldaşları sosial şəbəkədə məlumat yayıblar.

Ancaq F.Firudinlinin hansı səbəbdən intihar etdiyi məlum deyil.

Firudin Firudinli. Mənbə: Facebook

Müdafiə Nazirliyi hərbçinin intiharı haqda hər hansı xəbər yaymayıb.

Firudin Firudinli “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdu.

Bu, 2020-ci ilin sentyabrında başlanan 44 günlük müharibədən sonra 44-cü intihar hadisəsidir.

Ümumilikdə isə intihar həddinə çatdırılanların sayının 50 nəfər olduğu bildirilir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button