Xəbərlər

Daha bir qrup həkimə cinayət işi qaldırılıb

Bakı/13.10.21 Şamaxı rayon Mərkəzi Xəstəxanasının vəziəfli şəxslərinə qarşı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun oktyabrın 13-də yaydığı məlumatda deyilir.

Məlumata görə, həmin şəxslərin “COVİD-19” əleyhinə vaksin vurulmadığı halda ayrı-ayrı vətəndaşlara vaksin vurulması barədə saxta sənədlər vermələrinə əsaslı şübhələr müəyyən edili.

“Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ), 313-cü (vəzifə saxtakarlığı) və 313-cü (vəzifə saxtakarlığı) madədlərilə cinayət işi başlanıb”, deyə məlumatda vurğulanır.

Məlumata görə, hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı şəkildə iştirak etmiş şəxslərin müəyyən olunması istiqamətində hərəkətlər davam etdirilir. -05B-  

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button