Loading...
Loading...
Xəbərlər

Daha bir təşkilat Saleh Rüstəmovu azad etməyi tələb edib

Bakı/30.11.21 Siyasi Məhbuslar Monitorinq Mərkəzi öz bəyanatında Gədəbəy rayonunun keçmiş İcra Hakimiyyəti başçısı Saleh Rüstəmovu azad etməyi və ölkədə repressiyalara son qoymağı tələb edib.

“Ədliyyə sistemində özbaşınalıq davam edir və artır. Qanunsuz həbslər, saxta ittihamlar, sifarişli hökmlər, işgəncələr – bütün bunlar hakimiyyət tənqidçilərinə qarşı siyasətin alətləridir.

Cəmiyyətin bütün təbəqələrində – müxalifətçilər, dindarlar, vətəndaş fəalları, keçmiş məmurlar arasında istənilən fərqlli düşüncə təzahürü sərt cəzalandırılır.

Saleh Rüstəmov qanunsuz hökmə qarşı sonuncu etiraz vasitəsinə – aclığa əl atıb”, deyə təşkilatın bəyanatında qeyd edilir. Təşkilat Rüstəmovu dərhal azad etməyi tələb edir.

Bəyanatda həmçinin ağır xəstə olan keçmiş baş prokuror Eldar Həsənova lazımi tibbi xidmətin göstərilmədiyi, habelə bir sıra keçmiş məmurların həbsdə COVİD-19-dan vəfat etdityi qeyd edilir.

Bütün bu insanlar Azərbaycan vətəndaşlarıdır və müvafiq hüquqlara malikdirlər, dövlət isə hər bir məhbusun həyatına görə məsuliyyət daşıyır. Amma təcrübədə cəza sistemində məhbusların saxlanma şəraiti və onlara qarşı rəftar beynəlxalq standartlara uyğun deyil, məhbuslar təzyiqə, işgəncələrə məruz qalır, vaxtlı-vaxtında tibbi yardım almırlar.

Bütün bunlar Avropa İnsan Hüquqları Konvensiyası normalarının, xüsusən 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncələrin qadağan edilməsi) maddələrinin pozuntusudur.

“Biz keçmiş siyasi məhbuslar repressiyalara dərhal son qoymağı, məhbusların ölümündə təqsiri olanları və işgəncələri icra edənləri araşdırmağı, Saleh Rüstəmovu azad etməyi, ağır xəstə olan təqsirləndirilən şəxslərə qarşı qətimkan tədbirlərini dəyişdirməyi tələb edirik.

Azərbaycan onsuz da hüquq müdafiə təşkilatlarının indekslərində “azad olmayan dövlətlər” arasında yerini möhkəmləndirib, buna görə ölkəni beynəlxalq sanksiyalar gözləyə bilər”, deyə Mərkəzin bəyanatında qeyd edilir.

Siyasi Məhbuslar Monitorinq Mərkəzi 2021-ci ilin oktyabrında başda Elşən Həsənov olmaqla, bir qrup keçmiş “vicdan məhbusu” tərəfindən yaradılıb. -06D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button