Now Reading:
Daha üç ölkə Rusiyadakı səfirlərini geri çağırdı

Britaniyada agent Skripal və qızının zəhərlənməsindən sonra yaranmış beynəlxalq diplomatik böhranından sonra Amerika Birləşmiş Ştatları və bir sıra Avropa dövlətləri rus diplmatlarını ölkələrindən çıxardılar. Lüksemburq isə öz səfirini Rusiyadan geri çağırıb.

Yayılan xəbərlərə görə, Slovakiya, Portuqaliya və Malta da Moskvadakı səfirlərini geri çağırdı.

Slovakiyanın xarici işlər naziri Miroslav Layçak, Rusiyadakı səfirinin 20 il ərzində ilk dəfə çağırıldığını bildirib.

Malta rəsmiləri agent qalmaqalında Böyük Britaniyanı dəstəklədiklərini və ictimai mediada səfirlərini niyə geri çağırdıqlarını ifadə ediblər. Eyni zamanda, Portuqaliya Xarici İşlər Nazirliyi, səfirlərini agent qalmaqalında müttəfiqlərinə dəstək nümayiş etdirmək üçün geri çağırdıqlarını ifadə edib.

Heybət Əmrah

Bastainfo.com

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.