Now Reading:
Dairəvi yol bağlanır

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı Dairəvi-1 avtomobil yolunda (hər iki istiqamət üzrə) əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılır.

Bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb. Bildirilib ki, təmirlə əlaqədar olaraq avtomibillərin hərəkəti iş gedən zolaqlar üzrə məhdudlaşdırılır.

Sürücülərdən sözügedən avtomobil yolu ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.