2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Dairə seçki komissiyalarının yenidən təşkili formal xarakter daşıyır

Bakı/19.08.21 Azərbaycanın 125 dairə seçki komissiyasının tərkibi yenidən təşkil olunacaq. Bu qərar MSK-nın cümə axşamı, avqustun 19-da keçirilən iclasında qəbul edilib.

Səbəb qanunvericiliyin növbəti parlament seçkilərindən (fevral 2020) sonra komissiyaların formalaşdırılması ilə bağlı tələbidir.

Hər Dairə Seçki Komissiyasının 9 üzvü olur, onlardan üçünün namizədliyi deputatları parlamentdə çoxluq təşkil edən partiya, üçünün namizədliyi deputatları parlamentdə azlıq təşkil edən partiya və üçünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan deputatlar tərəfindən təqdim olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Komissiyaların tərkibinin yenidən təşkili formal xarakter daşıyır və prinsipial rol oynamır, çünki real müxalifət öz namizədlərini irəli sürə bilməz.

Ölkə hakimiyyəti müxalifətin paritet əsasda komissiyalar yaratmaq təklifinə əhəmiyyət vermədi. Bu təşəbbüsü Avropa Şurası Venesiya Komissiyası da dəstəkləyib. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button