2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Daldikan çayından qan axır? – Foto

Rusiyanın Krasnoyarsk vilayətinin Norilsk şəhərində axan Daldikan çayı görənlərin təəccübünə səbəb olub.

Axar.az xəbər verir ki, çayın suyu birdən-birə al qırmızı rəngə boyanıb.

Çayın fotoşəkillərini sosial şəbəkələrdə paylaşan şəhər sakinləri anoloji hadisənin iyun ayında da baş verdiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bölgə sakinləri dünyanın ən böyük nikel və palladium fabriki olan “Norilsk Nikel”də sızıntı baş verdiyini, çayın da bu səbəbdən qırmızı rəngə boyandığını qeyd edib.

Rusiya Təbii Sərvətlər Nazirliyi kimyəvi sızıntı olduğunu təsdiq edib.

Qeyd edək ki, Norilsk 1935-ci ildə qurulub, 1953-cü ildə şəhər statusu alıb. 2001-ci ildən isə qapalı şəhər statusundadır. Şəhər qarın qara yağdığı, orta yaşın on yaş daha az olduğu Rusiyanın ən çirkli bölgələrindən biridir. İldə təxminən 500 ton mis və nikel oksid, 2 milyon ton kükürd dioksid havaya buraxılır.

Uşaqlar nəfəs almaqda çətinlik çəkir, mis mədənləri yaxınlığında yaşayan uşaqlarda qulaq, burun və boğaz xəstəlikləri digər bölgələrə görə daha yüksəkdir. Orta yaş müddəti isə 50 ildir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button