2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Danimarkalı xadimə bizim professordan 6 dəfə artıq qazanır

ameaYaxın günlərdə Nazirlər Kabineti ölkədə elm adamlarının maaşlarının artırılması haqqında qərar verdi. Yeni qərara əsasən ölkənin bütün elm sahələrində çalışan alimlərin maaşlarına elmi dərəcəsinə görə 30-100 manata arasında əlavələr ediləcək. Artımların məbləği iş stajı və ixtisas üzrə çalışma əsasında müəyyənləşəcək. Bir ölkədə elmin qiymətləndirilməsindən gözəl nə ola bilər ki… Amma gəlin baxaq, bu artım elm adamlarının həyatını yaxşılığa doğru nə dərəcədə dəyişəcək? Nəzərə alsaq ki, yeni artım elmlər doktoruna 50 manat (bilavasitə ixtisası üzrə çalışanlara 100 manat), dosent elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olanlara 25 manat məbləğində müəyyənləşir, məsələ aydınlaşır. Milli Elmlər Akademiyasında elmi katib, dosent, fəlsəfə doktoru olan bir elm adamı indiyə qədər 455 manat maaş aldığını deyirsə, bu artımla onun qazancı lap özünü öldürsə, olacaq 500 manat. Akademiya işçilərinin maaşlarının 140-600 manat arasında dəyişdiyini də götürsək, yeni artımla maaşların möcüzə yaradacaq dərəcəyə gəlib çatması gözlənilmir. Kimsəyə sirr deyil ki, AMEA-da aylıq rütbə maaşları 1200- 850 manat olan həqiqi və müxbir üzvlərdən başqa hər kəs maaşından narazıdır. İndi dünya ölkələrindən nümunələr gətirib, müqayisəni ixtiyarınıza buraxacağam ki, alimlərimiz onlara verilən dəyərdən niyə narazıdır…

Elə başlayaq Amerikadan. Bizim maksimum 1000 manat maaş alan professorlardan fərqli amerikan professorun orta illik maaşı 113 min dollardan artıq, aylıq təxminən 10 min dollardır. Dosent maaşı orta illik 78 min, yardımçı dosent maaşı isə 66 min dollardır. Araşdırmaçı alimlərin qazancı fəaliyyət sahəsinə görə dəyişir. Onların orta illik qazancı bəzən 138 min dollara qədər çatır. Bu da aylıq təxminən 12 min dollar deməkdir. Ölkədə professorlara illik ən çox maaş ödəyən universitet 198 min 400 dollarla Harvarddır. İkinci sırada 197 min 800 dollarla Kolumbiya, üçüncü sırada eyni maaşla Çikaqo universiteti gəlir.
Elm adamlarına yüksək maaş ödəyən ölkələrdən biri də Danimarkadır. Burada professorun aylıq qazancı 10 min dollardır. Dosent və araşdırmaçı alimin maaşı isə aylıq 7-8 min dollar arasında dəyişir. Ölkədə universitet rektoru 22 min, prorektor 19 min, dekan 17 min, dekan müavini 14 min dollar qazanır. Maraqlı fakt odur ki, Danimarkada 3 min dollar maaş alan adi xadimənin aylıq qazancı belə, bizim ən yüksək dərəcə maaşı alan akademiklərin qazancından 1000 dollar artıqdır.

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyədə də elm adamlarının maaşları bizdən xeyli yüksəkdir. Builki rəqəmlərə görə, qardaş ölkədə orta aylıq professor maaşı 2 min dollardır. Araşdırmaçı alimin maaşı 1000 dollardan artıq, universitet rektorlarının maaşı 2 200 dollar, dekanların maaşı 2 min dollar, dosentlərin maaşı 1, 490 dollar, yardımçı dosentlərin maaşı isə 1 200 dollar nisbətində dəyişir.
İnkişaf etmiş digər Avropa ölkələrində də maaşlar bizimlə müqayisə olunmazdır. Professor maaşları Kanadada aylıq 7,196 dollar, İtaliyada 6,955 dollar, İngiltərədə 5,943 dollar, Hollandiyada 5,313 dollar, Almaniyada 5,141 dollar, Norveçdə 4,940 dollardır.

Başqa maraqlı fakt da odur ki, xarici ölkələrin bir çoxunda orta məktəb müəllimlərinin maaşları belə bizim yüksək elmi dərəcəli alimlərin maaşlarından xeyli yüksəkdir. Məsələn, Lüksemburqda müəllimlərin illik maaşı 50, 175 avrodur. Bu rəqəm iş stajına görə 64,819,- 98,763 avro arasında dəyişir. Amerikada müəllimlər aylıq 3 min dollara qədər maaş alırlar. Almaniyada da müəllimlərin maaşı 2-3 min dollar arasında dəyişir. Böyük Britaniyada müəllimlər ortalama 5 min dollar, Avstraliyada müəllimlər ayda təxminən 2500 dollar, Fransada iş stajından asılı olaraq 1100-2 500 dollar maaş alırlar.

Müqayisəni gördünüz. Gerisini düşünüb, özünüz nəticə çıxarın. Elmə dəyər verən ölkələrin nədən inkişaf etdiyinin sirri də elə burdadır…

Səadət

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button