2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Danışa-danışa susmaq siyasəti

Yaxud, bu görüşlərin Qarabağa aidiyyatı varmı?

Saytların yığılması Saytlarin yigilmasi

Biz 25 ildir Qarabağa getməsək də, 25 ildir Qarabağ danışıqları gedir. Deyilənə görə 23 ildir ki, “atəşkəs rejimi” tətbiq edilib. Amma bir gün də olsa atəşin kəsildiyini müşahidə etməmişik. Sülh danışıqları sədası altında “güllə şabaşı” atılır. Ümumiyyətlə, uzun illər ərzində tərəflərin nədən danışdığı heç kimə məlum deyil. Məlum olan budur ki, danışıqlar davam edir. Amma son zamanlar baş verənlər göstərdi ki, danışıqlar məğlubiyyətin ömrünü uzadır. Aprel döyüşlərindən sonra məğlubiyyət atəşəksi imzalandı və düşmən bir qarşı torpağı geri qaytarmayacağını bəyan etdi. Hətta itirilmiş 800 hektar ərazinin də geri qaytarılacağını söylədilər. Ardınca hökumətimizin “böyük qardaş”ı Rusiya rəsmiləri birmənalı mövqe srəgilədilər və Azərbaycanı oyundankənar vəziyyətə saldılar. Belə ki, Rusiya Ermənistana siyasi və hərbi yardımını daha qabarıq formada həyata keçirdi, Lovrov “Qarabaq Azərbaycanın daxili məsələsi deyil” mesajını verdi, Rusiya Müdafiə nazirinin müavini “Regionda ən əsas müttəfiqimiz Ermənistandır” söylədi. Hətta Rusiyanın baş naziri Dmitriy Medvedev status-kvonun saxlanmasının daha doğru olduğunu bildirdi, Rusiya prezidenti Valdimir Putuin münaqişənin yaxın zamanlarda həll mexanizminin görünmədiyini açıq şəkildə etiraf etdi.

Bəli, bütün bunlar göstərdi ki, 24 il sülh danışıqlarını sığallamaq, “böyük qardaş”dan nicat ummaq məğlubiyyətin yaşını artımaq üçün imiş. Eyni zamanda aydın göründü ki, diplomatiyamız şikəstdi, xarici siyasət iflasa uğrayıb.

Bəli, vəziyyət o qədər aydın göründü ki, hökumətimiz “daha mənasız danışıqlar aparmayacayıq” vədi verdi. Əvvəla etiraf etdilər ki, 24 ildir mənasız işin arxasınca düşüblər, Qarabağı Azərbaycana yaxınlaşdırmaq üçün heç bir uğura imza atmayıblar. İkincisi, nümayiş etdirdilər ki, bu komanda Qarabağın qara bağını açmaq iqtidarında deyil.

Amma bir müddət keçdi və yenidən üç ölkənin xarici işlər nazirlikləri səviyyəsində görüş keçirilib. Bəli, bugün Moskvada Məmmədyarov, Nalbandyan, Lovrov triosu yenə də Qarabağı yad ediblər. Deməli, mənalı günləri yenə də mənasız danışıqlarla öldürmək prosesi davam edəcək. Yenə də çaydan, kofedən içib, müxtəlif paytaxtlarda söz güləşdirəcəklər. Yenə də mətbuata açıqlama verib, “biz öz haqlı mövqeyimizi ifadə etdik”, “biz bu işğal faktıyla barışmayacağıq” kimi ənənəvi arqumentlər səslnəsdirəcəklər.

Nəticə isə budur ki, gecə-gündüz davam edən danışıqlar nəinki bir qarış torpağa azadlıq verməyib, heç bir gün atəşin durdurulmasına, iki girovun əsirlikdən xilas olunmasına da yardım göstərməyib.

Bəzən düşünürsən ki, Qarabağ danışıqlarının Qarabağa heç bir aidiyyatı yoxdur. Ağır vəziyyətdə olan xəstəyə yanlış diaqnoz qoyulanda, müalicənin heç bir effekti olmur. Qarabağ dərdini də mənasız danışıqlarla müalicə etmək istəyirlər. Təbii ki, bu “müalicə üsulu” effekt vermir.

Hökumət danışıqlar prosesinə “ağsaqqallıq” edən Rusiyanı mövqeyini görür, Ermənistanın zərrə qədər güzəşt etməyəcəyini bilir və bütün bunlara susur. Yəni, danışa-danışa susmaq prosesi gedir. Lazımi məqamlarda danışmaqdan imtina edib, lazımsız məqamlarda nitq söyləyirlər. Faktiki olaraq Qarabağ danışıqları reallıq qarşısında susmağın göstəricisidir. Əgər əsas faktlar qarşısında susulursa, deməli bu danışıqların Qarabağa aidiyyatı yoxdur.

İlham

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button