2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Daşkəsəndə ana və körpəsi qətlə yetirilib

Daşkəsən rayonunda ana və azyaşlı övladının meyiti tapılıb.

Hadisə rayonunun Şahvələdli kəndində qeydə alınıb.

Saytların yığılması Saytlarin yigilmasi

Kənd sakini 37 yaşlı Kəmalə  Məmmədova və onun yeni doğulan, 20-25 günlük körpə qızının meyiti yaşadıqları evdə aşkarlanıb.

Qadının üzərində xəsarət izləri var, onun və körpəsinin qətlə yetirildiyi bildirilir.

Qətlin qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Rafiq Ələkbərov tərəfindən törədildiyi  ehtimal olunur. Hazırda R. Ələkbərov axtarılır.

 

Artıq törədilən dəhşətli qətllə bağlı cinayət işi başlanıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

 

 

***

 

saat 12.35

 

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button