2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Davudoğlu Obama və Putin danışığına sərt münasibət bildirdi

Türkiyənin baş naziri Əhməd Davudoğlu Strasburq səfəri öncəsi “Esenboğa Hava lımanı”nda mətbuat konfransı təşkil edərək dünən ABŞ prezidenti Barak Obama və Rusiya dövlət başçısı Vladimir Putin arasında baş tutan telefon danışığına münasibət bildirib.

24saat.org xarici mətbuata istinadən bildirir ki, Davudoğlu ABŞ-Rusiya liderlerinin telefon danışığı zamanı Putin tərəfindən səsləndirilən “Türkiyədən Suriyaya terrorist və silah-sürsat ötürlündüyü üçün bu iki ölkə arasında sərhədlər bağlanılmalıdır” iddiasına çox sərt reaksiya verib. Baş nazir bildirib ki, iki müxtəlif ölkənin qiyabi məsləhətləşmələri Türkiyə üçün meyar sayıla bilməz və bu məsələdə son qərarı Türkiyə özü verəcək. Bundan əlavə, Davudoğlu Aropa Birliyi ilə bağlı viza məsələsinə də toxunaraq bildirib ki, bu məsələ reallaşmasa Türkiyənin öhdəliklərə sadiq qalmasını kimsə gözləyə bilməz.

Buna da baxın – Putin və Obama razılaşdı – Türkiyə təhlükədə

Davudoğlu daha sonra, Suriyada davam edən 5 illik müharibə ərəfəsində sərhədin qaçqınlara yalnız humanitar məqsədərlə açıldığını bildirib. O, əlavə edib ki,  qonaq kimi qəbul etdiyimiz və dünyanın gözü önündə saxladığımız qaçqınlara görə hamının Türkiyəyə yalnız təşəkkür borcu  var. Kimsə buna görə bizdən hesab sora bilməz. Suriyadan atılan və Kilisə düşən raket təhlükəsini də Baş qərargahla müzakirə edib bütün lazımi tədbirləri gördüklərini bildirən baş nazir Türkiyənin ciddi müttəfiq olduğunu da bir daha bəyan edib.

Saytların yığılması Saytlarin yigilmasi

 

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button