2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Davudoğlu Tehrana niyə gizli səfər edib?

Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu 15 iyul çevriliş cəhdindən bir neçə gün öncə Tehrana gizli səfər edib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı İranın “Sobhe Nou” qəzeti öz etibarlı mənbələrinə istinadən yayıb. Qəzet Davudoğlunun səfəri zamanı İran hökumət nümayəndələri ilə görüşdüyünü bildirib:

“Bu görüşlərdə ölkələrarası münasibətlər və Suriya böhranı müzakirə edilib. Bu səfər gizli xarakter daşıyıb”.

Qeyd edək ki, 15 iyulda Türkiyədə hərbi çevrilişə cəhd olub. Nəticədə 300-ə yaxın insan həlak olub. Rəsmi Ankara çevriliş cəhdini Fətullah Gülənə məxsus şəbəkənin həyata keçirdiyini açıqlayıb və ABŞ-dan onun Türkiyəyə ekstradisiyasını tələb edib.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button