2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Daxili İşlər Nazirliyi ölkənin əsas narkotik maddə alverçilərinin həbs edildiyini bildirib

Bakı/09.02.22 Fevralın 9-da Daxili İşlər Nazirliyi narkotik maddə alverçilərinin saxlanılması və onlardan 76 kiloqram narkotik maddənin götürülməsi barədə məlumat yayıb.

Belə ki, bütün ölkə boyunca satış məqsədilə qaçaqmalçılıq yolu ilə Azərbaycana külli miqdarda narkotik maddə gətirən 4 nəfərlik qrup haqda məlumat verilir.

Onların saxlanılması üzrə əməliyyat Bakının Nərimanov rayonunda keçirilib. Öncə əvvəllər mühakimə olunmuş Nazim Zeynalov saxlanılıb. Onun mənzilində 52 kiloqramdan çox, heroin, 10 kiloqramdan çox patı, 2 kiloqramdan çox marixuana, 1 kiloqram tiryək, elektron tərəzi və 450 metadon həbi götürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Növbəti əməliyyat zamanı narkotik maddə alverçiləri şəbəkəsinin digər üzvləri Kamal Məmmədov, Qaraoğlan Süleymanov və Samir Rəhimov saxlanılıblar. Ümumilikdə, həmin şəxslərdən 10 kiloqramdan çox heroin və metamfetamin, 515 ekstazi və metadon həbi, narkotik maddələrin satışı zamanı istifadə olunan elektron tərəzi və bank kartları götürülüb.

Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, həmin şəxslər Azərbaycanda narkotik maddələrin əsas tədarükçüləridir və onlar beynəlxalq narkotik maddə alverçiləri şəbəkəsinə daxildir. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir. Saxlanılan şəxslərin hamısı həbs olunub. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button