2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Daxili işlər naziri Ramil Usubova müraciət

Cənab nazir!

Həyat yoldaşım, Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən şərlənərək həbs olunan gündən bizim ailəmizə rahatlıq yoxdu. Müxtəlif yollarla iki körpə övladım və mən təhdid altında yaşayırıq.
Tutaq ki, həyat yoldaşım Fikrət Fərəməzoğlu hansısa cinayəti törədib, bəs mənim və iki körpəmin təhdid olunması hansı qanuna və məntiqə sığır?
Mən həyat yoldaşımın heç bir cinayət törətmədiyinə əminəm. O, jurnalistdir. Yazı yazmaq nə vaxtdan cinayət sayılır? Əgər hansısa bir yazısında cinayət elementi varsa, buna hüquqi qiymət vermək üçün məhkəmə var.
Cənab nazir, məlumat üçün bildirim ki, bu təhdidlərdən biri də oktyabrın 15-də gecə saat 01:43 radələrində baş verdi. Belə ki, yaşadığımız mənzilə naməlum şəxs(lər) girmək istəyirdi. Mən hay-həşir salaraq, DİN-in 102 Xidmətinə zəng etdim və Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarına məlumat verdim. Onlar da hadisə yerinə gəlib baxış keçirdilər.
Cənab nazir, onu da qeyd edim ki, yaşadığımız binanın ətrafında güvənlik kameraları coxluq təşkil edir. Yəni sayı 20-dən çoxdur. Hətta bizə qonşu olan şəxsin də evində kamera var ki, bizim qapıya yaxınlaşan hər kəsi görmək mümkündür. Ola bilər ki, həyat yoldaşım “pul alarkən” Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin “kameraları işləməyib”, ona görə də ortada heç bir fakt və sübut yoxdur, amma bizim binanın giriş qapısında belə kamera işləyir və binaya kimlərin gəldiyini də aydın müşahidə etmək olur.
Bir də həmin vaxt, yəni gecə 01:43 elə bir vaxtdır ki, binaya giriş az olur və bizi təhdid edənlərin kim olduğunu asanlıqla tapmaq olar.
Ona görə də Sizdən bu məsələni araşdırmağınızı xahiş edirəm.
İmza: Faiqə Nosrəti (İbişbəyli)

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button