2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Daxili İşlər Nazirliyi Saatlıda yeniyetmənin yaralandığını təsdiqləyib

Yayımlandı: 18 Mart 2023 22:14

“Gənci qanunsuz aksiyaya cəlb edən şəxs barəsində də qanunamüvafiq tədbir görüləcək”

Martın 13-də Saatlı rayonunda bir qrup şəxsin magistral yolu bağlamaq cəhdinin qarşısı alınarkən 15 yaşlı yeniyetmə xəsarət alıb.

Saytların yığılması Saytlarin yigilmasi

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan Regional qrupunun baş inspektoru Nizam Həmidov “Report”un sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan hadisə zamanı bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəlik qanunsuz hərəkətlərini davam etdiriblər:

“Bundan sonra polis əvvəlcədən xəbərdarlıq etməklə xüsusi vasitələr tətbiq edərək onların cəhdinin qarşısını alıb. Bu zaman polisə müqavimət göstərənlərin arasında olan 15 yaşlı gənc xəsarət alıb. Onun xəsarət almasında məsuliyyəti məhz onu qanunsuz aksiyaya cəlb edən şəxs daşıyır”.

Odur ki, araşdırma zamanı gənci qanunsuz aksiyaya cəlb edən şəxs barəsində də qanunamüvafiq tədbir görüləcəkdir”, – DİN rəsmisi vurğulayıb.

Martın 13-də Saatlı rayonunun Nabatkənd və Orta Muğan kənd sakinlərinin su problemi ilə əlaqədar keçirdiyi etiraz aksiyası zamanı saxlanılan şəxslərdən üç nəfər haqqında həbs qərarı verilib. Onlardan ikisinə 15, birinə isə 20 sutka inzibati həbs cəzası kəsilib. Məhkəmənin cəzalandırdığı şəxslər Anar Hüseynov, Şıxəli Məmmədov və Habil Xanlarovdur.

Polislər etiraz aksiyasının qarşısını alarkən dəyənək zərbələrindən və rezin güllələrdən xəsarət alanların sayı çox olub. Yaralananlardan bir neçəsinə xəstəxanada tibbi yardım göstəriləndən sonra evə buraxılıb. Bir nəfərin durumu isə nisbətən ağır olduğuna görə xəstəxanada saxlanılıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button