Loading...
Loading...
Gündəm

Daxili qoşunlarda maaşlara əlavə

Bu gün, iyulun 2-də Prezident İlham Əliyev Azərbaycan Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Daxili İşlər Nazirliyinin bu zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:

polis polkovniki Əlaslan Ağayev

polis polkovniki İslam Hümbətov

– polis polkovniki Əkbər İsmayılov

– polis polkovniki Əbülfət Rzayev.

İyulun 2-də Azərbaycanda polisin yaranmasının 103-cü ildönümü qeyd edilir.

Prezident habelə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, işğaldan azad olunmuş ərazilərdə Daxili Qoşunlarının xidmət çəkən hərbçilərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilir.

Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 50 faizi həcmində 5 (beş) il müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ödənilir”, -sərəncamda yazılıb.

24 saat” “Daxili qoşunlarda maaşlara əlavə” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button