2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Daxili Qoşunların sabiq komandanı: “Rusiya Liviyaya ordu yeridərsə, bunun nəticələri pis olacaq”

24saat.org Daxili Qoşunların keçmiş komandanı, hazırda Ukraynada yaşayan Fəhmin Hacıyevlə müsahibəni təqdim edir.

Fəhmin bəy, bir müddət əvvəl Ukrayna ordusu ilə Donbasdakı separatçılar arasında ciddi toqquşmalar baş verdi. Hazırda durum necədir və müharibə təhlükəsini varmı?

– Donbas separatçilari ilə rəsmi Ukraynanin qarşıdurması kimi təqdim edilən müharibə əslində Rusiyanin Ukraynaya qarşı işğal siyasətidir. Hesab edirəm ki, məsələyə bu prizmadan yanaşmaq daha doğru olar. Sirr deyil ki, Donbasda olan separatçılar birbaşa Rusiya ilə əlaqəli şəxslərdir və göstərişləri də oradan alırlar. Ukrayna vətəndaşları qəhrəmanlıqla işgala qarşı vuruşmasaydi və dünya birliyi çevik tərpənərək Rusiyaya qarşı ciddi siyasi və diplomatik sanksiyalar tətbiq etməsəydi fikrimcə, indi Rusiya işğal siyasətini genişləndirərək Ukraynanın içərilərini doğru daha çox irəliləyə bilərdi. Nəticə etibarı ilə Rusiya Minsk danişiqlarina məcbur edildi ve üzerinə öhdəliklər qoyuldu. Həmçinin ATƏT-ə konflikti nəzarətə götürmək üçün geniş səlahiyyətlər verildi. Hal-hazirda münaqişə bölgəsində atilan hər bir mərmi qeyd olunur və müxtəlif yollarla Rusiyaya təzyiqlər edilir. Bildiyiniz kimi Ukrayna öz ərazilərinin işğalına görə, Rusiyanı beynəlxalq məhkəməyə verib. Artıq bu istiqamətdə də dinləmələr başlayıb. Zənnimcə, Rusiya bütün vasitələrlə küncə sıxışdırılıb və bu proses ən azından Rusiyanın işğalçılıq siyasətindən əl çəkənə qədər davam edəcək, habelə sonda Rusiya bir imperiya kimi öz mövcudluğunu itirəcək. Münaqişə bölgəsində hazırda olan atışmalar isə keçici xarakter daşıyır. Qeyd edim ki, Ukrayna vətəndaşları və ordusu hazırda Donbas istiqamətində qərarlaşıb və qarşı tərəfin təxribatlarına cavab verir.

Saytların yığılması Saytlarin yigilmasi

– Fevralın sonlarında Qarabağ cəbhəsində də vəziyyət mürəkkəbləşdi, təmas xəttində atışmalar gücləndi. İndi Qarabağla bağlı danışıqlar prosesi faktiki dayanıb. Müharibə ehtimalı haqda əksər politoloqlar danışır. Siz yazda müharibə ehtimalını necə görürsünüz?

– Qarabagla bagli məsələdə əslində yuxarıda dediyim məsələlə ilə eyniyyət təşkil edir. Rusiyanın bir imperiya kimi ambisiyası ilə Azərbaycan hakimiyyəti ilə Ermənistan hakimiyyətinin hakimiyyət hərisliyi vaxtaşırı olaraq atəşkəsin pozulmasına səbəb olur. Məkrli siyasətin qurbanları olan əsgərlərə hayif.

– Müharibə Rusiyanın istəyi ilə başlaya bilərmi, ümumiyyətlə bu mərhələdə sizcə Rusiyaya daha çox nə lazımdır?

-Azərbaycanda və Ermənistanda ciddi siyasi proseslər başlayarsa və bu proses münaqişə tərəflərindən birinin və ya hər ikisinin maraqlarına zidd olarsa, eyni zamanda Rusiyanın taktiki və strateji maraqlarına əks olarsa, bu halda müharibə başlaya bilər. Bu mənim şəxsi qənaətimdir.

– Suriyadan sonra məlum oldu ki, Putin Liviyaya da ordu soxmağa hazırlaşır və General Haftarı hakimiyyətə gətirməkdə maraqlıdır. Sizcə, Putin istəklərinə nail olacaqmı?

-Liviyada durum mürəkkəb olmaqla yanaşı Suriyadan fərqli olaraq bir qədər aydındır. Liviyada barış konseyine daxil olan ölkələr İtaliya, Almaniya, İngiltərə, Fransa və Amerikadır. Liviya uzun müddət İtalyanin yarim müstəmləkəsi olub. Üstəlik Liviyada iki milyona yaxın ərəbləşmiş türklər kompakt halında yaşayır. Bu kompakt halında yaşayan ərəbləşmiş türklərin Türkiyə ilə çox yaxın və sıx əlaqələri var. Konkret olaraq general Haftara gəldikdə onunla bağlı birmənalı fikir yoxdur. Haftar fərarilik edərək uzun müddət Amerikanın himayəsində yaşayıb. Liviya inqilabından sonra ilə ölkəyə dönüb. Hakimiyyət parçalandıqdan sonra bir qrup deputatla Misirin sərhəddində yerləşib və özünü hökumət elan edib. Amerikadan cüzi dəstək alib və eyni zamanda qaçaqmalçiliq yolu ilə Rusiya tərəfindən qismən təmin edilib. Liviyanin mərkəzi hökuməti isə paytaxt Tripolda yerləşir. Rusiyanin Liviyadaki əsas hedəfi neft hasilatinin artirilmasina nail olmaqdir. Etiraf olunmalidir ki, Rusiya xüsusi xidmət orqanları, xüsusilə kəşfiyyatı Liviyada özünü yaxşı hiss edir. Bununla belə qeyd edim ki, əgər Rusiya Liviyaya ordu yeridərsə, bunun nəticələri pis olar. Ən azından Amerika, Avropa və Türkiyə ilə təkrar ziddiyyətə girmiş olar. Fikrimcə, belə bir vəziyyətin yaranması indiki məqamda Rusiyanın maraqlarına və xeyrinə olmaz.

– Əgər insan haqları, media azadlığı, ifadə özgürlüyü, demokratiya tələbləri dünyanın siyasi gündəmindən çıxırsa, bu halda onu nə əvəz edəcək?

– Heç kim demokratik dəyərləri ikinci plana keçirməyib. İnsan oğlu yeni təkamül mərhələsinə qədəm qoyub. Tarixin keçid dönəmləri həmişə təlatümlü olub. Sözsüz ki, bizim də taleyimizə bu təlatümlü dönəmi yaşamaq düşüb. Keçid dövrü liberal düşüncə tərzindən uzaq olan ölkələrdə belə təlatümlərlə, digərlərində isə başqa cür hadisələrlə müşayiət olunur.

– Sizə elə gəlmirmi ki, Trampın hakimiyyətə gəlişindən sonra dünya dəyişir. Avropa Türkiyəni sıxır, ABŞ isə İranı. Sanki dünyada siyasi tarazlıq oxu artıq işləmir…

– Avropa-Türkiyə, Amerika-İran münasibətlərinə elə bu konteksdən baxmaq lazımdır.

– Martın 12-si həm də Daxili Qoşunların yaranma günüdür. Bu qurumun ilk komandanı siz olmuşunuz, daha sonra yolunuz həbsxanadan keçib. İndi bu tarixlə bağlı təəssüratlarınız nədən ibarətdir?

– Daxili Qoşunlarin yaranma günü 12 martdır. Diqqətinizə çatdırım ki, Daxili Qoşunların yaranması 1992-ci ildə Dağlıq Qarabağda şiddətli döyüşlər getdiyi zaman elan edilib. O zaman Daxili Qoşunların üzərinə əsasən 4 vəzifə düşürdü. Bunlar ictimai asayişin qorunması, cəzaçəkmə müəssisələrinin mühafizəsi və bu vəzifəyə uyğun Daxili Qoşunların yaradılması. Amma Daxili Qoşunlar bununla kifayətlənmədi, könüllü olaraq vətən torpaqlarının müdafiəsini şərəf hissi hesab etdi. Çətinliklərə və təxribatlara baxmayaraq qısa bir zamanda nizami və döyüş qabiliyyətli hərbi hissələr yaratmağı bacardı.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button