“Daxili Qoşunların zabiti məni ölümünə döyüb” – Usubova müraciət/Foto

Bakının ortasında vəhşicəsinə döyülən qadının həyatı yenidən təhlükədədir.

Daxili İşlər naziri Ramil Usubova əslən Ağdərə rayonundan olan, Şirvan şəhərində yaşayan Quliyeva Həqiqət Nüsrət qızı müraciət edib.

Müraciət müəllifi 24saat.org-a qeyd edib ki, Bakı şəhəri Yasamal rayonu Alatava massivində yaxın qohumları tərəfindən amansızcasına döyülüb.

“Bu barədə nazir Ramil Usubova müraciət edəndən sonra məni amansızcasına, qəddarlıqla sağlamlığıma qəsdən xəsarət yetirənlərdən biri Məmmədov Ələmdar Nüsrət oğlu barəsində həbs qətiimkan tədbiri seçildi. Amma məni ölümünə döyənlərdən Məmmədov Rəşad Hüseyin oğlu və Məmmədov Ramil Ələmdar oğlu cinayət məsuliyyətinə cəlb olunmayıblar”,-deyə şikayətçi bildirib. Zərər çəkmiş söyləyib ki, Məmmədov Rəşad Hüseyin oğlu Daxili Qoşunların zabitdir: “1 il 2 aydır ki, istintaq gedir və qeyd etdiyim şəxslər izahat verməyə də gəlmirlər. Hüseyn Məmmədov üstümüzə gəlib bizi təhdid edir ki, 40 min manat verin, gedim qardaşım Ələmdar Məmmədovu həbsdən çıxardım. Bizə deyir ki, oğlum Rəşad istintaqa cəlb olunsa məndən inciməyin. Gəlib sizi evinizdə yandırıb öldürərik. Yaşadığın evin həyətinə narkotik, silah atıb tutduraram. Əslən Ağdamdan olan Mehdiyev Qardaşxan Xurşud oğlunu polisin, prokurorun üstünə göndərib hədələtdirirlər ki, istintaqın gedişinə mane olsunlar”.

R.Usubova müraciət edən qadın bildirib ki, Qardaşxan Mehdiyev keçmiş polis işçisi olub: “Ağdərə rayonun Sırxavənd kəndində müharibə gedən zamanlarda Hüseynov Cahangir Qədir oğlunun evində ermənilərin atdığı güllədən təsadüfən yaralanıb. Ondan sonra bu Qardaşxan Mehdiyev əyninə hərbçi forması geyinib özünü hər yerdə “milli qəhrəman” kimi təqdim edərək ölkə boyu icra hakimiyyətlərini, nazirlik və komitələri kimlərinsə sifarişi ilə bezdirib.

Hamıya hədə-qorxu gəlir və tələb etdiyi məsələ həll olunmadığı təqdirdə özünü yandıracağı ilə təhdid edir. Ona görə mən Azərbaycanlı qadın kimi, ana kimi nazirimizdən bir daha xahiş edirəm məsələni şəxsi nəzarətinə götürsün və günahkarlar layiqli cəzalarını alsınlar. Çünki onlar məni elə döymüşdülər ki, ermənilər Xocalıda qadınlarımıza o cür zorakılıq etməmişdilər. Həm də öz doğma yaxınlarımın, çörək verdiyim, qaydına qaldığım şəxslər tərəfindən bu cür amansızlığa məruz qalmağım bağışlanmazdır. Tel: 055 688-52-52”.

Müzakirə mövzusu - post

SON XƏBƏRLƏR

Kateqoriyalar

Hava

Baku, Azerbaijan
Çərşənbə, Yanvar 27, 2021
Clear
2 ° c
85%
3.73mh
-%
9 c 5 c
Ca
7 c 5 c
C
9 c 3 c
Şb
11 c 4 c
Bz

Seçmə