2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Daxili Qoşunların zabiti məni ölümünə döyüb” – Usubova müraciət/Foto

Bakının ortasında vəhşicəsinə döyülən qadının həyatı yenidən təhlükədədir.

Daxili İşlər naziri Ramil Usubova əslən Ağdərə rayonundan olan, Şirvan şəhərində yaşayan Quliyeva Həqiqət Nüsrət qızı müraciət edib.

Müraciət müəllifi 24saat.org-a qeyd edib ki, Bakı şəhəri Yasamal rayonu Alatava massivində yaxın qohumları tərəfindən amansızcasına döyülüb.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu barədə nazir Ramil Usubova müraciət edəndən sonra məni amansızcasına, qəddarlıqla sağlamlığıma qəsdən xəsarət yetirənlərdən biri Məmmədov Ələmdar Nüsrət oğlu barəsində həbs qətiimkan tədbiri seçildi. Amma məni ölümünə döyənlərdən Məmmədov Rəşad Hüseyin oğlu və Məmmədov Ramil Ələmdar oğlu cinayət məsuliyyətinə cəlb olunmayıblar”,-deyə şikayətçi bildirib. Zərər çəkmiş söyləyib ki, Məmmədov Rəşad Hüseyin oğlu Daxili Qoşunların zabitdir: “1 il 2 aydır ki, istintaq gedir və qeyd etdiyim şəxslər izahat verməyə də gəlmirlər. Hüseyn Məmmədov üstümüzə gəlib bizi təhdid edir ki, 40 min manat verin, gedim qardaşım Ələmdar Məmmədovu həbsdən çıxardım. Bizə deyir ki, oğlum Rəşad istintaqa cəlb olunsa məndən inciməyin. Gəlib sizi evinizdə yandırıb öldürərik. Yaşadığın evin həyətinə narkotik, silah atıb tutduraram. Əslən Ağdamdan olan Mehdiyev Qardaşxan Xurşud oğlunu polisin, prokurorun üstünə göndərib hədələtdirirlər ki, istintaqın gedişinə mane olsunlar”.

R.Usubova müraciət edən qadın bildirib ki, Qardaşxan Mehdiyev keçmiş polis işçisi olub: “Ağdərə rayonun Sırxavənd kəndində müharibə gedən zamanlarda Hüseynov Cahangir Qədir oğlunun evində ermənilərin atdığı güllədən təsadüfən yaralanıb. Ondan sonra bu Qardaşxan Mehdiyev əyninə hərbçi forması geyinib özünü hər yerdə “milli qəhrəman” kimi təqdim edərək ölkə boyu icra hakimiyyətlərini, nazirlik və komitələri kimlərinsə sifarişi ilə bezdirib.

Hamıya hədə-qorxu gəlir və tələb etdiyi məsələ həll olunmadığı təqdirdə özünü yandıracağı ilə təhdid edir. Ona görə mən Azərbaycanlı qadın kimi, ana kimi nazirimizdən bir daha xahiş edirəm məsələni şəxsi nəzarətinə götürsün və günahkarlar layiqli cəzalarını alsınlar. Çünki onlar məni elə döymüşdülər ki, ermənilər Xocalıda qadınlarımıza o cür zorakılıq etməmişdilər. Həm də öz doğma yaxınlarımın, çörək verdiyim, qaydına qaldığım şəxslər tərəfindən bu cür amansızlığa məruz qalmağım bağışlanmazdır. Tel: 055 688-52-52”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Şərh

  1. HORMETLI 24-ORG SAYTININ REHBERLIYI.QEYD EDECEYIM MOVZU HAZIRKI OXUDUGUM OLAN DQ-IN ZABITININ QADINI DOYMESI FAKTINA AZACIQ BENZESEDE–BIR PILLE YUXARI SEKILDE SONU ACI BIR FACIEYLE NETICELENMISDIR,,,NECEKI 19 YASLI GENCBIR XANIMIN HISLERINI ELE ALMAQLA SONDA EL ADETIYNEN TOY EDEREK RESMI SEKILDE ER-ARVAD MUNASIBETLERINDE YASAMIS DSX-NIN 25 YASLI GENC ZABITI ABBASOV ELI SURXAY OGLU HEYAT YOLDASI 8 AYIN GELINI VE BUNUNDA 7-AYLIQ HAMILE VEZIYYETDE OLMUS OZ GENC XANIMINA QARSI ISDEN EVE GELDIKDEN SONRA AILE DAXILI MEISET ZORAKILIGINA YOL VERMEKLE ,HAMILE YOLDASINI VURARAQ DOSEMEYE SERMIS VE XANIMIN HALI PISLEDIYINI GOREN GENC ZABIT ER ,SANKI YUXUDAN AYILMIS KIMI -ONA YALVARARAQ HEC KESE BIR KELME DEMEMESINI ONDAN DEFELERLE XAHIS ETMISDIR,,HAMILE YOLDASININ VEZIYYETININ DAHADA PISLESDIYINI GOREN SEREFSIZ ER ONU DERHAL N-SAYLI DOGUMSOBESINE APARMIS VE HEKIMLERIN SORGU SUALINA HAMILE XANIM AYAGIMSURUSUB YIXILMISAM CAVABINI VERMEKLE OZ QEDDAR VE RESMI SEKILDE AILE QURDUGU ZABIT ERININ CINAYET MESULIYYETINE CELB OLUNACAGINDAN EHTIYATLANARAQ VE ERININ YALVARISLARINI NEZERE ALMAQLA- ZABIT ERINI SATMAMIS VE BIR MUDDETDEN SONRA ISE HAMILE XANIMDUNYAYA VAXTINDAN QABAQBIR OGLAN USAGI GETIRMISDIR,,,SANKI BIR MESELVAR ATALARDAN–SEN SAYDIGINI SAY ,,GOR FELEK NE SAYIR- MOVZU GENIS YER TUTACAGINDAN QISA HASIYELERLE DIQQETE CATDIRIRAM–FACIEVI OLAYI—DOGULMUS 7-AYLIQ KORPE BIR NECE SAATDAN SONRA HEKIMLERIN DEDIYINE GORE VEZIYYETI DEYISMIS VE KORPENI DIGER DOGUM SOBESINE ORADADA BIR GUN QALDIQDAN SONRA SONUNCU OLAN K.Y.FERECOV ADINA ELMI-TEDQIQAT PEDIATRIYA INSTITUTUNA TEXLIYYE EDIRLER VE SONUNCU TIBB MERKEZINE GETIRILMIS OLAN KORPE MELEYI DERHAL SUNI-NEFES APARATINA YERLESDIREN CAVABDEH HEKIM VE TIBBI PERSONAL KORPEYE VERILMELI OLAN HAVA-OKSIGENINI ISE SALMAGI YADDAN CIXARMASI VE ARTIQ HUQUQI TEREFDEN SUBUT EDILMIS HALDA KORPENIN MUALICESI ZAMANIBURAXILMIS KOBUD SEKILDE NOQSANLAR SEBEBINDEN -KORPE 6 GUN YASADIQDAN SONRA FACIEVI SEKILDE TELEF OLMUSDUR-SN-YI TEREFINDEN CAVABDEH HEKIME TOHMET VERILMISDIR LAKIN ADIYYATI OLARAQ-PROKURORLUQ ARASDIRMALARI GETMEKDEDIR,,-EN DEHSETLISI ISE KORPE OLEN GUN,,BALASINI ITIRMIS,,,HAMILELIYI DOVRUNDE PSIXOLOJI VE MENEVI TEZYIQLERE ,,MERUZ QALMIS,,MEHZ ZABIT HEYAT YOLDASI TEREFINDEN HAMILELIYIN 7-CI AYINDA XESARET ALARAQ SONDA BUTUN BU ACI HADISELERI YASAYAN GENC 19 YASLIANA–ELE ZABIT ERI VE QAYNANASI TEREFINDEN XESTEXANADA KIMSESIS SEKILDE ATILMIS VE BIRMENALI DESEK–ER EVINE BURAXILMAMISDIR,,,,SONRAKI GUNLERDE VE AYLARDA BAS VEREN HADISELERLE BAGLI BU YAZIMI DIQQETLE OXUYUB MARAQLANAN HER BIR KESE ONCEDEN TESEKKUR EDEREK–QALAN BAS VERMIS AYLAR ERZINDE–BU GUNE QEDERKI MUDDETDEKI OLAYLARI RESMI SEKILDE SENED VE SUBUTLARLA BIRLIKRDE SERH ETMEYE,,,MUSAHIBE VERMEYE–VIDEO CEKILISLE BIRGE–HAZIRAM—SOZUGEDEN ACINACAQLI VE FACIEVI SONLUQLU 19 YASLI GENC XANIMIN HAL -HAZIRDA POZULMUS HUQUQLARINI QANUNLA MUDAFIE VE TEMSILEDEN -QASIMOV MURAD ADIL OGLU—ELAQE YARATMAQ ISTEYENLERCUN 0552351626 MURAD QASIMOV

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button