SEÇMƏ

DÇ-2022: Almaniya millisi ilk oyunda məğlub olub

Yayımlandı: 24 Noyabr 2022 01:00

İspaniya yığması Kosta Rikaya böyük hesabla qalib gəlib

Futbol üzrə dünya çempionatında noyabrın 23-də daha 4 oyun keçirilib.

Günün ilk qarşılaşması F qrupunda Xorvatiya millisi ilə Mərakeş arasında olub. Bu görüşdə qapılara qol vurulmayıb.

F qrupunun digər matçında Belçika yığması Kanada ilə qarşılaşıb. Belçikalılar 1:0 hesablı qələbə qazanmaqla, DÇ-2022-yə uğurlu start veriblər.

Almaniya millisi də noyabrın 23-də dünya çempionatında ilk oyununu keçirib. Almanlar E qrupunun oyununda Yaponiya millisi ilə üz-üzə gəlib. Avropa təmsilçisi bu görüşdə aşkar favorit sayılsa da, yaponlar bütün proqnozları alt-üst edib. Yaponiya millisi Qətərdə keçirilən mundialın favoritlərindən sayılan rəqibini 2:1 hesabı ilə məğlub edib.

E qrupunun digər oyunu İspaniya yığması ilə Kosta Rika arasında baş tutub. İspanlar Kosta Rika seçməsinə heç bir şans verməyərək, böyükhesablı qələbəyə imza atıblar – 7:0.

DÇ-2022
1-ci tur

24 noyabrda keçiriləcək oyunlar

G qrupu
14:00. İsveçrə – Kamerun (“Al Janub” stadionu)
23:00. Braziliya – Serbiya (“Lusail” stadionu)

H qrupu
17:00. Uruqvay – Cənubi Koreya (“Edyukeyşn Siti” stadionu)
20:00. Portuqaliya – Qana (Stadion 974)

Meydan TV

Gözdən qaçırmayın:  Qarabağa Qayıdış planı: nə var, nə yox…

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button