2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

DÇ-2022: İran millisi böyük hesabla uduzub

Yayımlandı: 22 Noyabr 2022 01:04

Niderlandlılar son dəqiqə qolları ilə qələbə qazanıblar

Noyabrın 20-də futbol üzrə dünya çempionatına start verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Qətərdə keçirilən mundialın açılış matçında meydan sahibləri ilə Ekvador millisi qarşılaşıb. A qrupunda keçirilən bu oyun Qətər yığmasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Noyabrın 21-də daha üç oyun keçirilib. Günün ilk matçında B qrupunda yer alan İngiltərə və İran komandaları qarşılaşıb. 8 qolun qeydə alındığı bu oyunda Avropa təmsilçisi darmadağına sevinib – 6:2.

İngiltərə və İran milli komandalarının oyunundan əvvəl maraqlı hadisələr də yaşanıb.

İran millisinin futbolçuları oyundan əvvəl dövlət himnini oxumayıblar. Onlar İranda Məhsa Əmini adlı qadının hicaba görə əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra ölkədə baş verən etirazların qurbanlarına dəstək olaraq bu addımı atıblar. İranlı azarkeşlər də futbolçularla həmrəylik nümayiş etdiriblər. Onlar dövlət himnini fitə basıblar. İran dövlət televiziyası isə matçın startı öncəsi yayımı dayandırıb. Buna milli komandanın üzvlərinin dövlət himnini oxumaqdan imtina etməsi səbəb olub.

Noyabrın 21-də A qrupunun daha bir oyunu keçirilib. Niderland millisi Seneqalla üz-üzə gəlib. Niderlandlılar qarşılaşmanın son dəqiqələrində vurduqları iki qolla DÇ-2022-yə qələbə ilə başlayıblar.

ABŞ millisi ilə Uels arasındakı görüş noyabrın 21-də keçirilən son oyun olub. Bu matçda qalib müəyyənləşməyib – 1:1.

Noyabrın 22-də dünya çempionatının qrup mərhələsi çərçivəsində daha dörd oyun keçiriləcək.

DÇ-2022
22 noyabrda keçiriləcək oyunlar

C qrupu
1-ci tur
14:00. Argentina – Səudiyyə Ərəbistanı (“Lusail” stadionu)
20:00. Meksika – Polşa (Stadion 974)

D qrupu
17:00. Danimarka – Tunis (“Edyukeyşn Siti” stadionu)
23:00. Fransa – Avstraliya (“Al Janub” stadionu)

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button