2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Dedi ki, sizi masaj edəcəyik”

İnternetdə kişiləri tələyə salanların məhkəməsində zərərçəkən ifadə verdi”Ofiasant yaxınlaşdı ki, borcunuz 154 manat edir”
Bakı Ağır Cinayətlər Məhkəməsində kişiləri internet üzərindən qızlar vasitəsilə görüşə çağıran, orada isə hədələyərək pulunu almaqda təqsirləndirilən dəstə üzvləri – İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısına ittiham aktının nəticəvi hissəsini elan edib.

İttihama münasibət bildirən İ.Meybullayev özünü qismən, A.Məmmədov tam təqsirli, A.Musayeva, R.Xəlilov, E.Balakişiyev və R.Rəhimli isə özlərini təqsirsiz bildiklərini deyiblər. Məhkəmə araşdırması ilk öncə zərərçəkənlərin dindirilməsi ilə başlanılıb.

Prosesdə zərərçəkən şəxs qismində dindirilən Sakit Qurbanov ifadəsində bildirib ki, həmin yerə tanışı Elxan Abbasovla gedib: “İki qız Elmlər Akademiyası metrosunun yanında bizə vizitkart verdi. Elxan dedi, həmin yerə gedək. Getdik, bizi orada qızlar qarşıladı, biri də Arifə idi. Bundan başqa bir qız bizi masaya dəvət etdi. Biz heç nə sifariş etmədik. Arifə dedi ki, stolu hazırlayaq sizi masaj edəcəyik. Qızlar getdi. Üstündən biraz keçəndən sonra bir ofiasant yaxınlaşdı ki, borcunuz 154 manat edir. Etiraz etdim, dedim heç nə içməmişik, nə də sifariş etməmişik. Qışqırdılar… Elxan dedi, gedim bankomatdan pulu çıxarıb gəlirəm, ordakı iki nəfərlə getdi, amma gəlmədi. Burdakılardan 3-ü məndən pulu aldı. İsmayıl hədələdi ki, hesabı verməlisən. Rəhim yaxamdan yapışıb ayağa qaldırdı, İsmayıl pulu cibimdən götürdü. Sonra dedilər çıx get. Mən ordan çıxandan sonra Elxan zəng vurub dedi ki, 39-cu bölmədəyəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, adı çəkilən şəxslər sosial şəbəkələr vasitəsi ilə gəncləri Bakıda kafeyə çağırıb, onları külli miqdarda hesab ödəməyə məcbur ediblər. Vətəndaşların müraciətlərindən sonra ötən ilin may ayında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başladılıb. İstintaq əməliyyatları nəticəsində dəstə üzvləri – Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rakif Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İ.Meybullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü R.Rəhimov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü E.Balakişiyev, Naxçıvan MR sakini, 1989-cu il təvəllüdlü A.Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini A.Musayeva tutulub. A.Musayeva barəsində polisin nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib.
Məhkəmənin hazırlıq iclasında isə A.Musayevanın daha əvvəl iclaslara gəlmədiyi əsas götürülərək, barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button