2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Dedim, qohumdular, işə götürdüm…” – Ağstafada başçının qohumları problemə çevrilib – Savash.org


“Ağstafa rayonunda icra başçısı Məhərrəm Quliyevdən və onun qohumlar şəbəkəsindən ciddi narazılıq var. Yerli əhali icra başçısının qanunsuzluq və özbaşınalıqlarından boğaza yığılıb və yaxın günlərdə Prezident Adminstrasiyasına açıq imzalarla şikayət məktubu göndərəcək”.

Bu sözlər Savash.org-un elektron ünvanına göndərilmiş şikayət məktubundandır. Redaksiyamıza müraciət edən Ağstafa rayon sakinləri icra başçısının qohumbazlıq siyasətindən, onun rayonda «ailə podratı» yaratma cəhdindən gileylənirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Göndərilən müraciətdə bildirilir ki, Ağstafa RİH başçısı Məhərrəm Quliyev rayonun tikinti sektorunu Məlik adlı qohumuna həvalə edib: «Rayonda inşaatı anlayan yox idimi ki, icra başçısı bu sahəni yaxın qohumuna tapşırıb? Qardaşı oğlu Faiq Məhərrəmov isə rəsmi sənədlərdə bağban kimi göstərilsə də o konkret olaraq icra başçısının köməkçisi funksiyasını yerinə yetirir. Özünün bütün “qara işlər”ini qohumlarına tapşıran Məhərrəm Quliyev son zamanlar özünə qarşı narazılıq dalğasının gücləndiyini hiss etdiyindən qohumlarını arxa plana keçirmək niyyətinə düşüb. Amma bütün bunlar “gözdən pərdə salmaq” mahiyyəti daşıyır və bir – bir qrup Ağstafa sakinləri baş verənlərlə bağlı Prezident Adminstrasiyasına müraciət edəcəyik”.

Rayondan daxil olan digər informasiyada isə bildirilir ki, Ağstafada Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən M.Mikayılov adına qoyunçuluq təsərrüfatı və Səməd Vurğun qəsəbəsindəki Yardımçı Təcrübə Təsərrüfatı icra başçısının adamları tərəfindən zəbt olunub. Belə ki, adıçəkilən iki təsərrüfatı özünün şəxsi obyekti hesab edən başçı yaxınları vasitəsilə həmin təsərrüfatların gəlirlərinə tam nəzarət edir.

Aldığımız bir başqa məlumatda isə vurğulanır ki, Məhərrəm Quliyev Ağstafada tikinti işlərinə sifarişlərin alınması üçün keçirilən tenderlərin də hamısına şərik olur. Belə ki, bu tederləri yaxınları və ya qohumlarının nəzarətindəki şirkətlərə qazandıran icra başçısı ayrılmış vəsaitin 20 faizə qədərini özünə götürür…
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Ağstafada meşələr talan edilir. Məlumatda bildirilir ki, bir zamanlar keçilməz olan Qarayazı meşələri artıq yoxa çıxmaq üzrədir. Bunun səbəbi isə icra başçısına və onun müavini Ramiz Tatarova məxsus mebel sexlərinin meşələrə qənim kəsilməsidir:

”Həmin mebel sexlərində istehsal olunan məhsulların bir qismi Bakıya satışa göndərilsə də, bir qismi rayonda keçirilən tenderlərdə işə yarayır. Belə ki, həmin tenderlərdə yumşaq və bərk mebellər olan maddə üzrə bütün alqı-satqı işləri həmin sexlərin məhsulları hesabına reallaşdırılır. Bundan başqa, meşələri məhv edən şəxslər odunları rayon camaatına satırlar. Çünki Ağstafanın əksər kəndlərində vətəndaşların mavi yanacaqla təminatı olduqca bərbad vəziyyətdədir. Əhali qışda soyuqdan donmamaqdan ötrü əsasən odundan istifadə edir. Odun isə meşə massivlərinin qırılması hesabına əldə olunur. Rayonda bir maşın odunun qiyməti 600-800 manat arasında satılır”.

Mövzuya qayıdacağıq və yaxın zamanlarda icra başçısının Ağstafanı talayan qohumlarının adlı siyahısını təqdim etməyə çalışacağıq…

SAVASH.ORG





Savash.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button