2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“Defacto” firmasından endirim fırıldağı – Foto

Bakının “Gənclik mall” ticarət mərkəzində firmanın endirim kampaniyasındakı saxtakarlıq ifşa olunub. 24saat.org-un məlumatına görə, Valid Əliyev adlı sosial şəbəkə istifadəçisi “Defacto” barəsində faktlar yazıb. Onun sözlərinə görə, mağazanın açılışı ilə əlaqədar özəl endirim etdiyini elan edib. Amma kiçik hərflərlə yazılmış “endirimli mallara şamil olunmur” yazısından da belə çıxır ki, bu artıq 2-ci endirimdir. Bir-iki həftə əvvəl açılıb, özü də bu endirim açılışla bağlıdırsa, əvvəlki nə ilə bağlıdır? Alıcı yazıb: “Plakatda gördüyünüz kimi 20 faiz endirimdir. Dükanda gəzəndən sonra 4-5 məhsulu primerka edəndən sonra, 2 malı bəyəndik. Satıcı bizi inandırdı ki bu mallar endirimə düşür və həvəslə kassaya yola saldı. Kassadaki xanım isə başqa şeylər deyir: “bu malların biri endirimlidir, ona görə də ikincisinə də endirim düşmür”. Məntiqli bir sual ortalığa çıxdı: endirimlisini anladıq, o birisinə niyə etmirsiz? deyir: “ancaq 2-ci endirimsiz mala endirim düşür, şərtlər budur”. Deyirəm, bəs o kampaniyanın şərtləri niyə plakatda yazılmır? Orda sadəcə 20 faiz yazılıb, yəni hər şeyə. Adam vaxt və həvəs sərf edir, seçim edir, gəlir kassaya və ona başqa qiymət deyirlər? İnsanları niyə aldadırsız? Kassirin dediyi isə: “istəmirsizsə, götürməyin”. Görün krizisdə satış etmək üçün bu dükanlar necə yollara əl atırlar. Diqqətli olun, “Defacto” dükanında satıcının dediyinə və kağızda yazılanlara rəğmən kassada sizə fərqli bir qiymət deyə bilərlər. Müraciətim dükan sahiblərinədir. Əzizlərim, insanları aldatmaq vaxtı deyil”.

defacto

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button