2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“DekaBank”ın sabiq rəhbəri məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş “DekaBank” ASC-nin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və “DekaBank”ın Maliyyə Departamentinin sabiq direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə məlum olub ki, N.Vəliyevdən başqa “DekaBank”ın 6 əməkdaşı barədə cinayət işi ayrılıb.

Məhkəmənin baxış iclası dekabrın 27-nə təyin edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

“DekaBank” ASC-nin lisenziyası 2016-cı il iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.

Onu da qeyd edək ki, “DekaBank” ASC-nin sabiq rəhbəri N.Vəliyev Prezidentin keçmiş köməkçisi Tariyel Ağayevin qohumudur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button