2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Dekan nazir müavini təyin olundu

Azərbaycan energetika nazirinə yeni müavin təyin olunub.

Nazir müavini vəzifəsi ADA Universitetində Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru, İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Elnur Soltanova həvalə edilib.

Energetika nazirinin müşaviri Zəminə Əliyeva xəbəri təsdiq edib və bildirib ki, yeni nazir müavini bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, yeni nazir müavini vəzifəsindən azad edilən Natiq Abbasovu əvəz edib. Natiq Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2018-ci il tarixli 719 nömrəli sərəncamı ilə işdən azad edilib. (Report)
Yeniçağ yazır ki, nazir müavini Soltanov Elnur Zabit oğlu əslən Zərdabın Məlikli kəndindəndir. Özü isə Mingəçevirdə dünyaya gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun mərhum atası Zabit Soltanov 70-ci illərin tanınmış qarmon ifaçılarından olub. Elnur Soltanovun atası məşhur “Gecələr” mahnısının müəllifi olsa da, o, bu günədək müəlliflik hüququnu bərpa edə bilməyib.

Elnur Soltanovun böyük qardaşı 10 yaşında ikən dünyasını dəyişib.

E.Soltanov 2003-cü ildə Orta Şərq Texniki Universitetində Beynəlxalq Əlaqələr üzrə magistr dərəcəsi və 2003-cü ildə Texas Texnologiya Universitetində (2009) Siyasət elmləri namizədi adını alıb.

Bundan başqa o, 2000-2003-cü illər ərzində Türkiyənin Ankara şəhərində Avrasiya Strateji Araşdırmalar Mərkəzi (ASAM) nəzdində araşdırmaçı vəzifəsində çalışıb.

ADA Universitetində çalışmağa başlamazdan öncə, Soltanov Truman Dövlət Universitetində çalışıb.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button