2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Demokratiya və Rifah Hərəkatının şikayəti təmin edilmədi

Hərəkat Ədliyyə Nazirlyini məhkəməyə verib

Saytların yığılması Saytlarin yigilmasi

İyunun 8-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Ədliyyə Nazirliyinə qarşı qaldırdığı iddiaya baxılıb. Hərəkat hesab edir ki, qurum dövlət qeydiyyatından qanunsuz və əsassız olaraq imtina edir.

Hakim Tahirə Əsədovanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin edilməyib.

Bu barədə hərəkatın sədri Qubad İbadoğlu “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, hakim Tahirə Əsədovanın qərarı ilə Azərbaycanın məhkəmə tarixində daha bir qanunsuzluğa və ədalətsizliyə imza atıb.

Tahirə Əsədova
Tahirə Əsədova.

O, hakimin qərarını siyasi sifariş adlandırıb:

“Heç şübhəsiz ki, bu qərarın ömrü həmin işin Avropa Məhkəməsində baxılması tarixinə qədər olacaq. Onsuz da Azərbaycanın bu və digər iki (apelyasiya və ali) məhkəməsində də ədalətli qərar gözləməyən ADR-in yaradıcılarının əsas məqsədi bu işi Avropa Məhkəməsinə çıxarmaq və haqlarının bərpasına orda nail olmaqdan ibarətdir. Çox təəssüf ki, yüz minlərlə iddiaçılar kimi biz də Azərbaycan məhkəmə sistemindən qanuna söykənən düzgün qərar qərar ala bilmirik. Məhkəmə sistemi islah olunmayınca, onun müstəqilliyi təmin edilməyincə, icra hakimiyyətindən asılılığı aradan qaldırılmayınca, Azərbaycanda nə dövlət inkişaf edəcək, nə də ki, ədalətli cəmiyyət qurulmayacaq. Ölkəyə nə sağlam investor, nə də təmiz sərmayə gəlməyəcək”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button