2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Demokratiyanın son dayağı – Navalnını sındırmağa çalışırlar

Mənbə: The Washington Post

Tərcümə: Novator

ABŞ-ın “Vaşinqton Post” qəzetində “Putin Navalnını sındırmağa və susdurmağa çalışır. Biz buna imkan verə bilmərik” başlıqlı məqalə dərc olunub. Qəzetin redaksiya heyəti adından yazılmış məqalənin ingiliscədən tərcüməsini diqqətinizə çatdırırıq.

Saytların yığılması Saytlarin yigilmasi

İosif Stalinin 1930-cu illərdə Sovet İttifaqında həyata keçirdiyi böyük terror zamanı –  özbaşına həbslər və güllələnmələr dövründə gecə vaxtı evlərin qapısının qəfil döyülməsi adamları dəhşətli bir vahiməyə salırdı.

Rusiyada həbsdə olan müxalifət lideri Aleksey Navalnı ilə bağlı gələn son xəbərlər, bax, buna görə ciddi narahatlıq doğurur.

Navalnını bir həbsxanadan başqa həbsxanaya köçürüblər və kimsəyə bundan savayı bir məlumat verməyiblər.

Belə manevrlərdə məqsəd vahiməli qeyri-müəyyənlik yaratmaq, dustağın ətrafla əlaqələrini kəsməkdir.

Rusiyada həbsdə olan başqa bir siyasi məhbus, “Vaşinqton Post”un icmalçısı Vladimir Kara-Murza bu yaxınlarda belə bir ifadə işlətmişdi ki, həbsxanada adamı ən çox narahat edən – unudulmaqdır.

Rusiya hakimiyyəti Navalnını Pokrova həbsxanasından Melexovo həbsxanasına köçürməklə məhz buna nail olmaq istəyir.

Pokrova həbsxanası paytaxt Moskvadan 74 mil uzaqda yerləşir. Melexovodakı bədnam ciddi rejimli cəzaçəkmə müəssisəsi ilə paytaxt arasındakı məsafə isə bundan iki dəfə çoxdur.

Navalnı prezident Vladimir Putinə və onun Ukraynada başlatdığı müharibəyə qarşı çıxan ən məşhur müxalif liderlərdən biri hesab olunur.

Navalnı illər uzunu korrupsiya ilə mübarizə aparıb, sanballı milli siyasi təşkilat yaradıb. O həmçinin “fırıldaqçılar və oğrular partiyası” adlandırdığı Putin partiyasına qarşı fəal mübarizə aparıb. Rusiyanın təhlükəsizlik orqanları Navalnıya qarşı sui-qəsd həyata keçiriblər, onun təşkilatı məhv edilib.

Müxalifət liderinin təşkilatının bir çox rəhbər üzvləri sürgünə göndərilib, Navalnı özü isə saxta ittihamlarla həbsxanaya salınıb. Ancaq müxalif siyasətçi həbsxanada da etiraz səsini ucaltmaqda davam edib. May ayının sonlarında o, Ukraynada əsassız müharibə başlatdığına görə Putini “sərsəm” adlandırıb.

İyunun 15-də Navalnının vəkili məhbus siyasətçi ilə görüşmək üçün Pokrovadakı cəzaçəkmə müəssisəsinə gedib. Vəkilə həmin həbsxanada belə bir məhkumun olmadığını deyiblər. Vəkilləri Navalnının harada saxlandığını bilmədiklərini vurğulayıblar. Sonradan həbsxana əməkdaşlarından biri Navalnının Melexovoya aparıldığını deyib.

“Vaşinqton Post”un əməkdaşı Meri İlyuşina jurnalist araşdırmalarına istinadla bildirir ki, Rusiyada cəzaçəkmə müəssisələrində nəzarətçilər və bəzi məhkumlar dustaqlarla çox pis davranır. Navalnının sözçüsü Kira Yarmış müxalif siyasətçinin saxlandığı həbsxananın dəhşətli məkan olduğunu xəbər verir.

Navalnıya münasibət bir daha göstərir ki, Putin yumşaq avtoritarizmdən totalitarizmə keçib. Rusiya artıq çoxdandır hüquqi dövlət deyil və Putin onu diktatura dövrünə qaytarır.

Fevralın 17-də Moskva hava limanında baqajında guya həşiş yağı tapıldığına görə həbs edilən Milli Basketbol Assosiasiyasının qadın ulduzu Britni Qraynerin taleyi də bizi çox narahat edir.

Mayın 15-də Britni Qrayner barəsində çıxarılmış həbs qətimkan tədbirinin müddəti yenidən uzadılıb və bunun hara qədər davam edəcəyi bəlli dəyil. Rusiya hakimiyyəti məşhir idmançını siyasi fiqur kimi girov saxlayır.

Britni Qrayner və Vladimir Kara-Murza, o cümlədən dörd ilə yaxındır saxta casusluq ittihamı ilə həbs edilmiş Paul Uilan azadlığa buraxılmalıdır.

Navalnıya gəlincə, aydındır ki, Putin dünyanın onun haqda daha heç nə eşitməməsini istəyir. Rusiya prezidenti özünün ən inadkar tənqidçisini sındırmağa çalışır. Ona görə hamı Navalnının müdafiəsinə qalxmalıdır ki, onun səsi eşidilsin – ta azadlığa çıxıb özünü eşidəcəyimiz günə kimi.

24 saat” “Demokratiyanın son dayağı – Navalnını sındırmağa çalışırlar” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button