2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Deputat Əliyevlərin qəzəbinə gəlib

Mirələmov qardaşı oğlunun törətdiyi hadisəyə görə cəzalandırıla biləcəyindən təşvişə düşüb


Deputat Hüseynbala Mirələmov Əliyevlər ailəsinin qəzəbinə gəlib. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, deputatın Əliyevlərin qəzəbinə gəlməsinin səbəbi “1001 gecə” istirahatə kompleksində baş vermiş qətl hadisəsidir.
Hüseynbala Mirələmova məxsus bu obyektdə deputatın qardaşı oğlu Rəşad Mirələmov 29 yaşlı Ramal Bayramovu qətlə yetirib. Ramal Bayramov ölkə başçısı Ilham Əliyevin əmisi oğlu, Respublika Prokurorluğunda çalışan Ilqar Əliyevin mühafizəçisi olub. Ona görə də bu hadisə Ilqar Əliyevi hiddətləndirib. Məlumatlara görə, Hüseynbala Mirələmov narahatdır ki, bu hadisəyə görə qardaşı oğlu ilə yanaşı ilə özü də sərt cəzalandırıla bilər.

 
Ramal Bayramovun anası Nənəş Ismayılovanın “Azadlıq” qəzetinə və digər mətbuat orqanlarına açıqlamaları da deputatın narahatlığına səbəb olub. Qeyd edək ki, Nənəş xanım qəzetimizə oğlunun sifariş əsasında qətlə yetirildiyini bildirmişdi. Hüseynbala Mirələmov ehtiyat edir ki, Əliyevlər sifarişçi qismində məsuliyyəti onun üzərinə qoya bilərlər.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button