2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Deputat 400 minlik avtomobil aldı

İmamverdi İsmayılov Sumqayıtda bahalı villa tikdirir

Milli Məclisin deputatı İmamverdi İsmayılov özünə iki yeni bahalı avtomobil alıb.

Bizimyol.info saytının əldə etdiyi məlumata gör, onlardan biri 10 AA 706 dövlət nömrə nişanı olan S-Class Mersedes, ikincisi isə 10 EE 888 nömrə nişanlı Lexus-dur. Hər iki avtomobil son modeldir və ümumi dəyəri 400 min manatdır.

Bundan başqa, bizə çatan məlumata görə, İmamverdi İsmayılov Sumqayıtda özünə yeni bahalı villa da tikdirir. İndiyədək deputat bu villanın tikintisinə 700 min manat sərf edib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatları dəqiqləşdirmək üçün deputat İmamverdi İsmayılovun mobil telefon nömrəsinə dəfələrlə zəng etsək də, telefonu açmadı.

Xatırladaq ki, İmamverdi İsmayılov 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən artıq 25 ildir ki, deputat “seçilir”. Onun təkcə son iki maşınının qiymətinə 36 şəhid ailəsinin birdəfəlik müavinətini (hər birinə 11 min manat) ödəmək olardı.

3

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button