2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

Deputat Azərbaycanda inqilab olacağına eyham vurdu

Deputat Azər Badamov ABŞ Dövlət Depatamentinin illik hesabatında Azərbaycanla bağlı yer alan məqamlarala bağlı bizimyol.info saytına açıqlama verib.

Az24saat.org xəbər verir ki, o, hesabatı qərəzli hesab etdiyini deyib və ABŞ-ın Azərbaycanda inqilab planladığına eyham vurub:

“ABŞ Dövlət Depertamenti ərəb ölkələri haqqında da belə hesabatlar açıqlayırdı və nəticəsi Azərbaycan ictimaiyyətinə məlumdur. Düşünürəm ki, Azərbaycan ictimaiyyəti belə ədalətsiz hesabatlara inanmır və ölkədəki sabitliyi, inkişafı pozmağa heç kimə imkan verməyəcəkdir”.

O həmçinin qeyd edib ki, ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı açıqladığı hesabatı müəyyən maraqlara uyğun hazırlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Əgər ABŞ Dövlət Depatrtamenti ədalətli hesabat hazırlayıb yayırsa, bəs ABŞ-da və Avropada baş verən insanlara edilən təzyiqlərdən, pozulan hüquqlardan, polisin işgəncələrindən niyə heç nə yazılmır?

ABŞ Dövlət Departamenti ədalətli mövqeydədirsə və Azərbaycanda insan haqların pozulması, qeyri qanuni həbsləri hesabatda göstərilirsə, niyə bəs 1 milyona yaxın hüququ pozulmuş, yurdlarından deportasiya olunmuş məcburi köçkünlər və qaçqınların hüquqları barəsində heç nə yazmır?

Niyə görə Azərbaycanın torpaqlarında ermənilərin törətdikləri soyqırım və vəhşiliklərdən yazmır? Niyə görə 28 il əvvəl Azərbaycanın işğal olunmuş ərazilərini azad olunmaması və BMT qətnamələrin icra olunmaması ilə bağlı heç kimi günahlandırmır?

Əgər bütün belə haqsızlıqlara ABŞ Dövlət Deparatamenti göz yumursa və bu gün ölkəmizdə təmin olunmuş siyasi sabitliyi pozmağa istiqamətlənmiş hesabatlar açıqlayırsa təbii ki, onların Azərbaycanda xüsusi maraq və gözləntiləri var”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button