2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Deputat Jalə Əliyeva öz puluna qıymır, amma maaşları kəsməyə çağırır

Deputat Jalə Əliyeva qazilərə və şəhid ailələrinə dəstək olmağın “unikal” variantını icad edib. Deputat büdcə təşkilatlarında çalışanların əmək haqlarından tutularaq həmin ailələrə verilməsini təklif edib.

Jalə Əliyevanın təşəbbüsünün sadə izahı ondan ibarətdir ki, maaşlardan kəsilsin və həmin vəsaitlər qazilərin, şəhid ailələrinin problemlərinə yönəldilsin. Əlbəttə, hər bir vətənpərvər öz gəlirindən Vətən müharibəsinin qəhrəmanlarına, onların ailə üzvlərinə bağışlamağa, dəstək olmağa hazırdır.

Onların əməyi əvəzolunmazdır, fədakarlıqları qarşısında hər bir azərbaycanlı minnətdardır, şəhidlərin ruhu qarşısında baş əyir.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda, dövlətin və onun rəhbərliyinin müharibə qəhrəmanlarına qayğısı, diqqəti göz qabağındadır. Xüsusən Prezidentin təşəbbüsü ilə yaradılan “Yaşat” Fondu bu ailələrin sosial qayğılarının qarşılanmasına, ehtiyaclarının təmin olunmasına kömək üçün mühüm hadisədir.

Ancaq vətəndaşların maaşından kəsməyi təklif etmək absurd və qanunsuz təklifdir. Və bu ideyanı irəli sürən bir millət vəkilidir.

Əvvəla, Əmək Məcəlləsinin müvafiq bəndinə görə işçinin əmək haqqını kəsmək, onun razılığı olmadan maaşını tutmaq qanunsuz addımdır. İkincisi, çox ürəyi yanırsa, deputat özü də daxil olmaqla 124 həmkarının maaşından tutulmasını təklif etsin. Hətta bu da azdır, onsuz heç bir iş görməyən, bir çoxu danışmağı belə özünə rəva bilməyən deputatların 1 illik maaşı qazilərə və şəhid ailələrinə bağışlansın.

Oların aldıqları əmək haqları kifayət qədər yüksəkdir, ölkədə heç bir vətəndaş bu məbləğdə maaş almır, əksəriyyətinin biznesi, obyektləri, əlaqələri, imkanları var və maaşsız dolana bilirlər.

Üstəlik, Vətən müharibəsi günlərində nə Orduya, nə əsgər və zabit ailələrinə, nə dövlətə faydaları dəyib, nə informasiya savaşında ciddi rol oynayıblar. O baxımdan Jalə Əliyeva başda olmaqla bütün mandat sahiblərinin maaşının tutulması savab iş olardı…

Qarşı tərəf kimi adı çəkilən şəxsin də münasibətin ictimailəşdirməyə hazırıq.

hurriyyet.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button