2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Deputat: “Mənim atamın goruna 932 adam söyüb, hesablamışam”

“Azərbaycanda 3 deputatı söyürlər: Fazil Mustafanı, Hadı Rəcəblini və məni”.

24saat.org-un APA-ya istinadən verdiyi məlumatına görə, bu sözləri Milli Məclisin iclasında deputat Aqil Abbas deyib. O bildirib ki, son günlər internet məkanda onun fikirlərini kontekstdən çıxarıb, hədəfə götürüblər: “Mənim atamın goruna 932 adam söyüb, hesablamışam”.

A. Abbas həmkarlarını onlara dəstək verməkdə aktiv olmağa çağırıb: “Hərə yaxasını çəkib bir kənara, iki-üç deputatıq, hədəfdə qalmışıq. Bu işləri edənlər cəzasını almalıdırlar. Dostum Vahid Əhmədov demədiyi halda, adından yazıblar ki, maaşı azlıq edir. Axı, elə söz deməyib. Yaxud, dostum Tahir Kərimli açıqlama verir ki, maaşını alanda utanır. Qardaş, utanırsan, alma. Kimin maaşı çoxluq edirsə, aparıb ehtiyacı olana versin”.

Saytların yığılması Saytlarin yigilmasi

Sədr Oqtay Əsədov isə cavabında bildirib ki, deputatlar internet resurslarına müsahibə verərkən diqqətli olmalıdırlar: “Hadı Rəcəbliyə eşq olsun. Mən Hadı müəllimdən şəxsən xahiş etdim ki, müsahibə verəndə bilsin hara və necə müsahibə verir. Diqqətli olmaq lazımdır. Amma hamı bəhsə girib müsahibə vermək istəyir və nəticədə belə olur”.

Deputat Fəzail Ağamalı isə O. Əsədovdan A. Abbasa xəbərdarlıq edilməsini istəyib. O bildirib ki, A. Abbas hər dəfə söz alıb deputatlara ağıl öyrədir. O, A. Abbasın maaşla bağlı iradlarını qəbul etmədiyini də bildirib.

Spiker isə iclası gündəlik üzrə davam etdirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button