2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Deputat MM-də ağcaqanadlardan və küçə itlərindən şikayətlənib: “İtləri yığıb Koreyaya, Çinə sataq?”

“Hər yer sahibsiz küçə itləri ilə doludur… İndi nə edək, itləri yığıb Koreyaya, Çinə sataq?”

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Kərimli parlamentin mayın 31-də keçirilən plenar iclasında “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanun layihəsi barədə çıxışı edərkən deyib.

Deputat ağcaqanadların çox olmasından da şikayətlənib:

“Əvvəl sovet dönəmində tez-tez dezinfeksiya tədbirləri görürdülər, ancaq indi belə deyil. Nəinki regionlarda, hətta Bakıda belə yaşadığım ərazidə ağcaqanad əlindən dayanmaq olmur”.

“Nə gecəmiz, nə də gündüzümüz var. Əvvəl gün batandan sonra çıxardılar. İndi o qədər çoxalıblar ki, gündüz vaxtı da camaata zülm edirlər. Bu, əhalinin sağlamlığına ciddi ziyandır. Bundan başqa, hər yer sahibsiz küçə itləri ilə doludur. İnsanları dişləyib quduzluq xəstəliyi yaradırlar. Bu da sağlamlığa ziyandır. İndi nə edək, itləri yığıb Koreyaya, Çinə sataq?”, – o, əlavə edib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button