2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Deputat: “Normal avtomobil almağa imkanım yoxdur”

“Dünyada neftin ucuzlaşması ilə başlayan maliyyə böhranı təkcə sıravi əhaliyə deyil, hər kəsə təsir göstərir. Böhrana görə şəxsən mən və övladlarım qənaət rejiminə keçmişik”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev bildirib.
O, deputat olmasına baxmayaraq, sosial problemlərinin olduğunu söyləyib:
“Hər bir insanın çətinliyi olduğu kimi, Milli Məclisin deputatı olaraq, mənim də üzləşdiyim çətinliklər var. Misal üçün, mən 16 ildir ki, deputatam, ancaq normal avtomobil almağa və sürücü saxlamağa imkanım yoxdur. Ucuz avtomobil ala bilərəm, ancaq sürücüyə maaşı necə verəcəyəm?
Neçə ildir ki, ictimai nəqliyyatdan istifadə edirəm. Mənim bağ evim də yoxdur, neçə ildir ki, ictimai binada yaşayıram. Mənzilim sahəsi də böyük deyil.
İndi bütün bunları almağa imkanım yoxdur. Deputat seçiləndə də qarşıma məqsəd qoymamışam ki, mütləq bahalı avtomobil, villam olsun”.
O qeyd edib ki, bu gün Milli Məclisdə mənim kimi problemləri olan bir çox deputat var:
“Kimin imkanı varsa, Allah ruzisini daha da bol etsin. Bütün bunlara görə indi mən hökuməti tənqid etməliyəm?”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button