2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Deputat oğlunun lüks həyatı – VİDEO

Elmira Axundovanın adı cinayət hadisələrində hallanan oğlunun eyş-işrətdə keçən ömrü

Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adı ölkə mediasında tez-tez hallanır. Bir müddət əvvəl model Günel Mirzəyevanın ölüm hadisəsi ilə gündəmə gələn deputat oğlunun adı dələduzuq cinayətində də hallanır. 24saat.org xəbər verir ki,  Meydan TV-nin hazırladığı videoda Həbib Axundovun lüks yaşam tərzindən bəhs edilir.

Qeyd edək ki, model Günel Mirzəyevanın dənizdə boğulması hadisəsi ötən il iyunun 26-da baş verib. Amma modelin meyiti iyunun 29-da tapılıb. Günel Mirzəyeva Bilgəh çimərliyində dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Sahildən 200 metr uzaqlıqda o, yaxtadan suya düşüb. Üzməyi bacarmayan model batıb. Yanındakılar isə heç bir ziyan çəkməyib.

Məlumata görə, hadisə vaxtı Günel Mirzəyevanın yanındakı dostları arasında Həbib Axundov da olub.Yayılan məlumatlarda hadisənin baş verdiyi yaxtanın deputatın oğluna aid olması da yer aldı. Elmira Axundova və oğlu bu məlumatı təkzib etsələr də, FHN yaxtanın onun adına olmasını təsdiqləyib.

Saytların yığılması Saytlarin yigilmasi

G.Mirzəyeva “Miss Lafarella” müsabiqəsinin qalibi olub.

https://www.facebook.com/24saat.org/videos/1602753086500900/?t=173

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button