Now Reading:
Deputat Qalib Salahzadənin oğlu 3 il müddətinə azadlıqdan məhrum edilib

Nəsimi Rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Şəlalə Həsənova sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Əlihüseyn Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə ittiam olunur. Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ə.Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.