2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Deputat qanun layihəsinə etiraz etdi: “Bu, vəziyyətdən çıxış yolu deyil”

Milli Məclisin deputatı Musa Quliyev bir neçə gün öncə Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə edilən “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsində qeyd olunan bir sıra məsələlərə etirazını bildirib.
M.Quliyev Trend-ə bildirib ki, qapalı məkanlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılması ilə bağlı qanun layihəsində əksini tapan məsələ doğru deyil: “Mən təklif edirdim ki, bütün qapalı məkanlarda siqaretin çəkilməsi tam qadağan olunsun. Amma layihədə dəyişiklik edilib və qapalı məkanlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrıması nəzərdə tutulub, lakin bu, vəziyyətdən çıxış yolu deyil. Hesab edirəm ki, bu yalnış addımdır. Biz Türkiyə modelini nümunə götürməliyik ki, qapalı məkanlarda tam qadağan olunsun, insan yalnız bayırda çıxıb siqaret çəkə bilsin. İnsan restoranda neçə saat oturur?! 2-3 saat və ya 4 saat. Bu müddət ərzində dözə bilməyəcək?! Dözə bilməyəcəksə, çıxıb çöldə çəkib gəlsin. Necə olur təyyarədə 8-9 saat uçurlar siqaret çəkmirlər, indi 3-4 saat dözə bilmirlər?! Qapalı məkanda nə qədər xüsusi yer ayırsan da onun tüstüsü ətrafa yayılacaq, istər-istəməz siqaret çəkməyən insanlara da təsir edəcək. Bu baxımdan qapalı məkanda tamamilə qadağan olunmalıdır”.
M.Quliyev bildirib ki, digər bir məsələ televiziyada nümayiş olunan filmlərdə, verilişlərdə, tamaşalarda siqaret və ya siqaret tüstüsünün görünməməsi ilə bağlıdır: “Bu qanun layihəsində nəzərdə tutulur ki, yeni çəkilən, yəni bu qanun layihəsi qəbul olunandan sonra çəkilən filmlərdə, verilişlərdə siqaret və ya siqaret tüstüsü görünməməlidir. Amma belə baxanda Azərbaycan telekanallarında göstərilən filmlərin demək olar ki, 95 faizi qanun layihəsi qəbul olunana qədər çəkilənlərdir. Belə çıxır ki, 95 faizinə icazə veriləcək, 5 faizinə qadağa qoyulacaq?! Bu da mənasız bir şeydi. Ona görə bizim bu məsələdə də Türkiyə üsulu ilə getməyimiz yaxşı olardı ki, bütövlükdə siqaret görüntüsü yığışdırılardı”.
Deputat əlavə edib ki, qanun layihəsi qəbul olunduqdan sonra maarifləndirmə işi gücləndirilməli və dəqiq icra mexanizmi olmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button