2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Deputat rayon maşınlarının Bakıya buraxılmamasına etiraz etdi

Milli Məclin bu gün keçirilən iclasında deputat Tahir Kərimli rayon qeydiyyatında olan minik avtomobillərinin paytaxt Bakıya buraxılmamasına etiraz edib. O bunu vətəndaşların Konstitusiya hüquqlarının pozulması kimi qiymətləndirib.

“İnsanlar rayonlardan Bakıya gəlirlər, maşında xəstə oldu-olmadığına baxmadan adamlar yolda dayandırılır, maşınlardan düşürülürlər, sonra da başqa maşınla Bakıya gəlirlər. Bununla da icra orqanının qərarı ilə Konstitusiya məhdudlaşdırılır”.

Deputat bildirib ki, ölkədə qanunların icrasına nəzarət olunmalıdır: “Ona görə də təklif edirəm ki ölkə miqyaslı qanunların icrasına nəzarət orqanı yaradılsın”.

Saytların yığılması Saytlarin yigilmasi

Bizimyol.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button