Now Reading:
Deputat sənədsiz evlərə “kupça” verilməsini təklif etdi

Deputat sənədsiz evlərə “kupça” verilməsini təklif etdi

“Hansısa məmurun “qara kassa”sını doldururuq”

“Qanunsuz tikili hesab edilən evlər sənədləşdirilsə, kupça verilərsə, təxmini heablamlara görə 300-500 milyon manat əlavə gəlir dövlət büdcəsinə yönələ bilər. Nə üçün bu leqal gəlirdən imtina edərək, hansısa məmurun “qara kassa”sını doldururuq?”

Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Elmira Axundova belə deyib.

O bildirib ki, xalq arasında “kupça” adlı sənədin verilməsinin sadələşdirilməsi haqqında ölkə başısının sərəncamını yüksək qiymətləndirir. O, sənədsiz həyət evlərinə də “kupça” verilməsini təklif edib: “İnsanlar 20-30 ildir orada yaşayır, kommunal xərclər ödəyirlər. Lakin əllərində bir sənəd olmadığından onlar dövlətə nə əmlak vergisi ödəyə bilirlər, nə də bu evlər alqıl-satqı predmetidir. Ona görə də dövlətə ödəniləcək əlavə vergilər büdcəyə yox, kimlərinsə ciblərinə axır”.

Deputat bu məsələnin həllini diqqətdə saxlamağı hökumətdən xahiş edib.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.