2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmXəbərlər

Deputat: “Samir təyin edilən kimi 50 min adamı işsiz qoydu”

Deputat Fəzail Ağamalı dövlət komitəsinin sədrini sərt tənqid etdi

“Komitəyə Samir adında sədr təyin edilib. O, təyin ediləndə alqışladıq ki, cavan adamdır. Amma gələn kimi bütün tikinti işlərini dayandırdı. Regionlardan paytaxta fəhləliyə axışan insanların çoxu işsizdir, 50 min adam işsiz qaldı. O, bunun məsuliyyətini başa düşürmü?” Deputat Fəzail Ağamalı fevralın 1-də, parlamentin iclasında belə deyib.

Dövlət Şəhərsalma və Arxitektura Dövlət Komitəsinin sədri Samir Nuriyev haqqında danışan deputat onu tənqid edib:

“Ölkə prezidentinin siyasətinin əsas məqsədi işsizlik probleminin aradan qaldırılmaqdır. Mənim tikinti işi ilə əlaqəm yoxdur, amma vətəndaşlar da müraciət edir ki, işsiz qalıblar. Vaxtilə Maliyyə Bazarlarına Nəzarət Palatasını yaradanda sədr kimi təyin edilən Rüfət Aslanlını da “gəncdir” deyib alqışladıq. İndi də Samir adlı cavan bir oğlan var. Amma o, insanların məşğulluğuna son qoyub. Oqtay müəllim, xahiş edirəm ki, məsələyə diqqət edəsiniz”.

Saytların yığılması Saytlarin yigilmasi

Spiker Oqtay Əsədov deyib ki, Dövlət Şəhərsalma və Arxitektura Dövlət Komitəsinin sədri Samir Nuriyevdir. Spiker onun “Samir adlı cavan oğlan” kimi təqdim etdiyinə görə deputata irad tutub:

“O, Prezidentin sərəncamı ilə vəzifəyə təyin olunmuş şəxsdir. Niyə bu qədər “cavan” və ya “qoca” sözünü işlədirsiniz? 50 min fəhlənin harada işsiz qalması barədə məsələni isə dəqiqləşdirin. Dəqiqləşdirilmələr aparmadan ajiotaj yaratmayın” – deputat bildirib.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button